Azərbaycanlılar Gürcüstana geri qayıdır – Mühüm səbəb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gürcüstan iqtisadiyyatında vəziyyət kifayət qədər yaxşıdır: 2022-ci ildə ÜDM 10,4%, 2023-də 7%, 2024-cü ilin 1-ci rübündə isə 8,4% artıb. İşsizlik yox dərəcəsindədir, hətta hamı işçi axtarır, maaşlar yüksəlib. Doğrudur, son 3-4 ildə qiymətlər də artıb, artıq Gürcüstan Azərbaycandan ucuz deyil, hətta bir çox sahələrdə daha baha ölkədir, amma maaşların yüksəlməsi, inflyasiyanın son ildə 1% civarında olması ölkədə iqtisadi vəziyyətə xeyli müsbət təsir göstərib.
Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
O bildirib ki, gürcülər üçün AB ölkələrinə vizasız rejimdir deyə, işçi qüvvəsinin bir hissəsi Avropaya gedib:
"Ev tikən və təmir edənlər, maşın və telefon ustaları, TIR sürücüləri və bir çox başqa peşə sahibləri Polşa, Almaniya və s. ölkələrdə yüksək qazanc əldə edirlər, Gürcüstanda isə işçi çatışmır. Ona görə də əvvəllər iş tapa bilməyən soydaşlarımızın hamısı indi Tiflis və digər şəhərlərdə 1500-2000 lari arası maaşı olan işi rahatlıqla tapa bilirlər. Hətta 1500 lari maaş artıq cəlbedici deyil, hamı 2000 və daha yuxarı maaşlı iş axtarır.
Biznes üçün də cənnətdir - kiçik sahibkarlar, illik dövriyyəsi 1 mln. lariyə qədər olanlar dövriyyədən cəmi 1% vergi ödəyib rahat işləyirlər. Biznes üçün çox sərfəli kredit şərtləri var, aqrar sektora da banklar uzunmüddətli və aşağı faizli kredit verirlər. Turizm sahəsi isə pandemiyadan öncəki səviyyəni keçib - keçən il 7 mln. turist qəbul edib, turizmdən 4 mlrd. dollar qazanıblar, bu ilə hədəf 8 mln. turist və 4,5 mlrd. dollardır".
Ekspertin sözlərinə görə, illər öncə Azərbaycana üz tutan Gürcüstandakı soydaşlarımız geri qayıtmağa başlayıb:
"Mənim öz yaxın qohumlarımdan son 2-3 ildə azı 10 nəfərə yaxını geriyə, Gürcüstana qayıdıb. Onu da deyim ki, kəndlərin hamısında işıq-qaz-su problemi, demək olar ki, tam həllini tapıb, seçilmiş bələdiyyələr arı kimi çalışırlar, hətta kəndlərdə belə gecə işiqlandırma var, bələdiyyə hesabına küçələri işıqlandırırlar".
Onun sözlərinə görə, gürcülər Gürcü Arzusundan bizdə təsəvvür edildiyi kimi, narazı deyillər, Saakaşvilini də bizdəki kimi sevmirlər:
"Gürcüstanın problemləri, təbii ki, var - demoqrafiya pis vəziyyətdədir, torpaqları işğal altındadır, yaranmış fürsətlərdən tam istifadə etmirlər, tənbəldirlər, amma yolları doğrudur, cəmi 10 ildən sonra çox irəlidə olacaqlar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi
-
Leysana görə Tbilisi hava limanı işıqsız qaldı
-
Gürcüstandan azərbaycanlılar deportasiya olundu
-
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı
-
Gürcüstan parlamentinin iclasında dava düşüb - VİDEO
-
Azərbaycanlı tələbə Gürcüstanda öldü
XƏBƏR LENTİ
-
Naxçıvanda ağır qəza: Xəsarət alanlar var (Video)
-
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi
-
Fedorovun vəzifədən göndərilməsinin səbəbi bəlli oldu
-
Əkbər Əlizadənin qızı birinci yerə çıxdı
-
İlqar Əkbərov vəfat etdi
-
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"
-
Hərbçi həlak oldu
-
Nəriman Axundzadə görünüşünü dəyişdirdi - (Foto)
-
Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb (Foto)
-
Ömər Eldarovun vəziyyəti pisləşib
-
Ayselin villası (Video)
-
Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb (Foto)
-
"Turan Tovuz" ilk yoxlama matçına çıxdı
-
Gəncədə qadın boşanmaq istəyən ərini avtomobillə vurdu
-
81 yaşlı Nebahat Çehre çimərlik geyimində (Foto)
-
İmtahanda ən yükəsk balı onlar topladı (Foto)
-
İsmail Hacıoğlu “Yeraltı”nda - (Foto)
-
Meksika sahillərində 7.3 ballıq zəlzələ olub, sunami təhlükəsi elan edilib
-
Finala təyinat aldı, göz yaşlarını saxlaya bilmədi - (Video)
-
Aleksandr Maslyakovun həyat yoldaşı vəfat etdi (Foto)
-
Brenda Friker vəfat etdi
-
"Qızımın12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi
-
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi olub (Foto)
-
Festivalları fəth edən film indi yalnız Park Cinemada (Foto)





