Gürcüstan

Gürcüstan Prezidenti bu qanuna veto qoydu

18 May 2024 18:34
Baxış: 1 478
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan prezidenti Salome Zurabişvili "Xarici təsirin şəffaflığı haqqında" qanuna veto qoyub.

Milli.Az APA-ya istinadən bildirir ki, Prezident bu barədə keçirdiyi brifinqdə bildirib.

Prezidentin sözlərinə görə, veto hüquqi qüvvəyə malikdir və bu gün parlamentə təqdim olunacaq.

"Bu gün konstitusiyamıza, Avropa standartlarına zidd olan və bununla da Avropa yolumuza maneə olan "Rusiya qanunu"na veto qoydum. Bu veto tamamilə qanunidir və bu gün Milli Məclisə təqdim olunacaq. Bu qanun ləğv edilməlidir", - deyə prezident bildirib.

Qeyd edək ki, parlament mayın 14-də "Xarici təsirin şəffaflığı haqqında" qanunu üçüncü oxunuşda qəbul edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.