Gürcüstan

Gürcüstanın turizm gəlirləri rekord həddə çatdı - Azərbaycanlılar 40 milyon dollar xərcləyib

30 Aprel 2024 18:30
Baxış: 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin I rübündə Gürcüstanın turizm gəlirləri 807,7 milyon ABŞ dolları təşkil edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.

Məlumata görə, bu, ötən illə müqayisədə 1,5 % çoxdur və Gürcüstan üçün rekord sayılır.

Yanvar-mart aylarında Gürcüstanda ən çox Rusiya vətəndaşları pul xərcləyib -171,2 milyon ABŞ dolları. Digər yerlərdə isə Türkiyə (117,51 milyon ABŞ dolları), Avropa İttifaqı ölkələri (108,3 milyon ABŞ dolları), İsrail (65,7 milyon ABŞ dolları) və Azərbaycan (40,6 milyon ABŞ dolları) qərarlaşıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.