Gürcüstan

Gürcüstanda etirazçılar parlament binasının qarşısındakı Rustaveli prospektini bağlayıblar - FOTOlar

17 Aprel 2024 21:50
Baxış: 976
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın vətəndaş cəmiyyəti təşkilatları hakim "Gürcü Arzusu" partiyasının təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi ilə əlaqədar dörd gündür parlament binası qarşısında genişmiqyaslı etiraz aksiyası keçirir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün aksiyada iştirak edənlərin sayı əvvəlki günlərlə müqayisədə əhəmiyyətli dərəcədə çoxdur.

Hazırda parlament binasının qarşısındakı Rustaveli prospektini bağlayan minlərlə etirazçı "Rusiya qanununa yox", "Avropaya hə, Rusiyaya yox" şüarları səsləndirirlər.

Etiraz aksiyasına müxtəlif universitetlərin tələbələri də qoşulub. Əvvəlki günlərdən fərqli olaraq bu gün əraziyə xüsusi təyinatlı polis dəstələri səfərbər edilməyib, onların avtobuslarda gözlədildiyi bildirilir.

Aksiya ilə əlaqədar parlament binasının ətrafında və daxilində təhlükəsizlik tədbirləri gücləndirilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.