Gürcüstan

Darçiaşvili: Gürcüstan Ermənistan-Azərbaycan sülh prosesində tərəfsiz oyunçudur

15 Noyabr 2023 12:01
Baxış: 3 360
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bizim iki dost və qardaş ölkə ilə birlikdə əsas hədəfimiz regionda sülh və sabitliyi təmin etməkdir".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ölkənin ictimai telekanalının efirində bildirib.

XİN rəhbəri, Gürcüstanın bu prosesdə tərəfsiz oyunçu rolunu uğurla həyata keçirdiyini deyib.

O, Ermənistan-Azərbaycan münaqişəsinin çox çətin və kompleks olduğunu, bu illər ərzində Gürcüstanın bu "təbii rolu" oynamağa çalışdığını qeyd edib.

Nazir əlavə edib ki, Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin xüsusi səyləri sayəsində konkret nəticələr əldə edilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory