Təcrübə Əsaslı Öyrənmə Konfransı 2022
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
9-11 Dekabr 2022-ci il tarixində Avropa Azərbaycan Məktəbində "Təcrübə Əsaslı Öyrənmə" adlı ikinci beynəlxalq konfrans təşkil ediləcək.
İlk dəfə 10-12 Dekabr 2021-ci ildə təşkil olunan konfrans, pandemiya məhdudiyyətləri səbəbindən uzun müddət təhsilə dairi fikir mübadiləsi və müzakirələr üçün bir araya gələ bilməyən təhsil ictimaiyyəti tərəfindən böyük maraqla qarşılandı. Beynəlxalq və yerli təhsil mütəxəssiləri, təhsil işçiləri və müəllimlər üç gün ərzində təhsil müstəvisində müxəlif mövzular ətrafında sessiyalar, qrup işləri və müzakirələrə cəlb olunaraq qarşılıqlı təcrübə mübadiləsi apardılar.
Konfransın sonunda Avropa Azərbaycan Məktəbi, Tbilisi Avropa Məktəbi (Gürcüstan) və Nazarbayev İntellektual Məktəbinin (Qazaxıstan) iştirakı ilə Qafqaz və Mərkəzi Asiya üzrə İB Dünya Məktəbləri Assossiasiyası təsis edildi.
Assossiasiyanın əsas məqsədi qeyd olunan regionda fəaliyyət göstərən İB məktəbləri arasında qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi və təhsil imkanlarını genişləndirməkdən ibarətdir.
Bir il ərzində Assossiasiya üzvlərinin sayı artaraq 17 olmuşdur.
İkinci "Təcrübə Əsaslı Öyrənmə" Konfransında 800-dək insanın iştirak edəcəyi gözlənilir. Ölkəmizlə yanaşı, Türkiyə, İtaliya, Amerika, Niderland, Yaponiya, Avstriya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan kimi ölkələrdən cəlb olunan aparıcı məruzəçilər, məruzəçilər və iştirakçılar yeni təhsil imkanlarını inkişaf etdirmək və təcrübə mübadiləsi üçün Bakıda keçirilən konfransda görüşəcəklər.
"Təcrübə Əsalı Öyrənmə Konfransı 2022" yeni imkanlar, prespektiv, qarşılıqlı əməkdaşlıq və şəbəkələşmə üçün faydalı platformadır. Bu il də yüzlərlə təhsil işçisinin konfransın imkanlarından bəhrələnəcəyini, qazanacaqları yeni bilik və təcrübəni öz praktikalarında uğurla tətbiq edəcəklərini ümid edirik.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
-
Rusiyanın itkiləri yeniləndi
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir





