Bakı Ali Neft Məktəbinin startapı ABŞ-ın məşhur biznes inkubasiya proqramına qəbul olunub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Ali Neft Məktəbinin (BANM) dosenti və tələbələrinin yaratdığı "ThermoNorth" startapı ABŞ-ın "GIST" ("Global Innovation through Science and Technology") biznes inkubasiya proqramına qəbul olunub.
Milli.Az xəbər verir ki, inkubasiya proqramının əsəs məqsədi dünya üzrə ən güclü elm və texnologiya
startaplarını Amerikaya cəlb etmək və biznes tərəfini inkişaf etdirmək üçün onlara kömək etməkdir. "ThermoNorth" layihəsi Hyustonda yerləşən "The Station Houston" və Vaşinqtondakı "WeWork" dünyaca məhşur startap mərkəzlərində inkişaf etdiriləcək.
"ThermoNorth" startap ideyası əsasən BANM-in dosenti Əmir Reza Vaxşurinin vaxtilə müdafiə etdiyi dissertasiya işindən yaranıb. Startap layihəsinin formalaşması və inkişafında BANM-in Kimya mühəndisliyi ixtisasının məzunları Elmar Əsgərzadə, Hüseyn Əliyev, Murad Rəhimov, Aleksandr Oborovskiy və Yadigar Nəzərov iştirak edir.
Layihənin əsas məqsədi elmi araşdırma ilə əldə olunmuş yeni enerji depolayıcı maddənin köməyilə maşın mühərrikini uzun müddət optimal temperaturda saxlamaqdan ibarətdir. Hər bir maddə mikro ölçüdədir və bu enerji depolayıcı maddələr mikro ölçüdə kapsullaşdırılıb. Bu hissəciklər kiçik "enerji akkumulyatoru" rolunu oynayır.
Mühərriki optimal temperaturda saxlamaq isə hazırda soyuq iqlim şəraiti olan ölkələrdə mühərriklə bağlı mövcud olan bir-sıra problemləri həll edir: məsələn, artıq yanacaq sərfiyatı, mühərrik detallarının sıradan çıxması və enerji batareyasının ömrünün azalması və s.
Milli.Az
XƏBƏR LENTİ
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Alkoqollu içkilərin idxal rüsumlarına dəyişiklik edilib
-
Sabah Yasamal və Qaradağda qaz olmayacaq





