Azərbaycan Universitetinin tələbələri Almaniya, İtaliya və Xorvatiyada təhsil alacaqlar - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Universitetinin 6 tələbəsi 2018/2019-cu tədris ilinin yaz semestrində təhsillərini Almaniyanın Koblenz, İtaliyanın Sapienza və Xorvatiyanın Dubrovnik universitetlərində davam etdirəcək.
Milli.Az xəbər verir ki, universitetdən Trend-ə verilən məlumata görə, tələbələr qeyd olunmuş tərəfdaş ali təhsil müəssisələrində "Erasmus+" mübadilə proqramı çərçivəsində təhsil almaq hüququ əldə ediblər.
Mübadilə tələbələrindən 4-ü magistratura, 2-si isə bakalavriat pilləsində təhsil alır. Mübadilə dövründə tələbələrin müvafiq fənlər üzrə topladıqları kreditlər Azərbaycan Universiteti tərəfindən tanınır.
Azərbaycan Universitetinin 4 müəllimi isə yaz semestrində "Erasmus+" mübadilə proqramı xətti ilə Polşanın Krakov, Xorvatiyanın Dubrovnik və İtaliyanın Sapienza universitetlərində mühazirə oxumaq üçün dəvət alıb.
Qeyd edək ki, beynəlxalq təcrübənin öyrənilməsi və mübadilə prosesində iştirakın təhsilin mühüm tərkib hissəsi olduğuna inanan Azərbaycan Universiteti beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verir və tələbələrin xaricdə təhsil almaları üçün təşəbbüslər irəli sürür. Tələbələrə və heyətə Avropa Birliyinin maliyyələşdirdiyi "Erasmus+", Alman Akademik Mübadilə Xidməti (DAAD) və Türkiyə Respublikasının maliyyələşdirdiyi "Mevlana" proqramı üzrə Avropa və Türkiyənin tərəfdaş ali təhsil müəssisələrində tələbə və müəllim mübadiləsi imkanları təklif olunur.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
XƏBƏR LENTİ
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)





