Gənc müəllimlərdən valideynlərə çağırış
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) məktəblərdə geyim qaydalarının tətbiqinə təhsilin keyfiyyəti, pedaqoji etika və sağlam təhsil mühitinin formalaşdırılması baxımından yanaşılmasının vacibliyini vurğulayır.
Milli.Az xəbər verir ki, məktəb bilik və bacarıqların formalaşdırıldığı məkan olmaqla yanaşı, uşaqların şəxsiyyət kimi inkişaf etdiyi, sosial münasibətləri mənimsədiyi və məsuliyyət hissinin formalaşdığı mühüm tərbiyə ocağıdır. Bu baxımdan məktəbdə tətbiq olunan qaydalar, o cümlədən geyim tələbləri vahid yanaşmanın təmin edilməsinə, nizam-intizamın qorunmasına və təhsilalanlar üçün bərabərhüquqlu təhsil mühitinin yaradılmasına xidmət edir.
AGMA hesab edir ki, geyim qaydalarının düzgün və uğurlu tətbiqi məktəb rəhbərliyinin, müəllimlərin, valideynlərin və şagirdlərin qarşılıqlı əməkdaşlığını tələb edir. Bu məqsədlə qaydaların mahiyyəti və tətbiq mexanizmi aydın izah edilməli, yaranan suallar qarşılıqlı hörmət, anlayış və açıq dialoq əsasında müzakirə olunmalıdır. Məktəb rəhbərləri və müəllimlər qaydaların izahı və tətbiqi zamanı peşəkar, vahid və həssas yanaşma nümayiş etdirməli, şagirdlərin ləyaqətinin və hüquqlarının qorunmasını əsas tutmalıdırlar.
Valideynlərin də narahatlıqlarını konstruktiv dialoq çərçivəsində ifadə etmələri, məsələyə qüvvədə olan normativ hüquqi aktların tələbləri əsasında yanaşmaları xahiş olunur.
Müəllimlərin peşəkar davranışı və xarici görünüşü də məktəbdə formalaşan ümumi mühitin bir hissəsidir. Müəllim öz davranışı, ünsiyyət mədəniyyəti, məsuliyyəti və geyimi ilə peşəkar mövqeyini nümayiş etdirməli, şagirdlərə nümunə olmalıdır.
AGMA bir daha bəyan edir ki, məktəblərdə müəyyən edilmiş geyim qaydalarına riayət olunması vacibdir. Bu prosesdə bütün tərəflərin məsuliyyətli davranışı, qarşılıqlı hörmət və əməkdaşlıq əsas şərtlərdir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
XƏBƏR LENTİ
-
Onlarla təyyarə İstanbul hava limanına enə bilmədi
-
Azərbaycanlı müğənni Qazaxıstanda həbs olundu - Yenilənib
-
Kamil Zeynallının Qəbələdəki villasında anası ilə görüşü maraq yaratdı - (Video)
-
"Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılırlar?
-
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısının iştirakçılarını qarşılayır - (Foto)
-
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırıldı
-
SOMDA-da xidmətə qəbul başlayır: Kim müraciət edə bilər?
-
"Qiyamət günü"nün tarixi açıqlandı
-
Bakıda maşın atla toqquşdu - (Video)
-
MiniBoss Business School Bakıda ikinci ünvanda fəaliyyətə başlayır
-
Rumıniya 2028-ci ildə TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib
-
Çempionlar Liqasında yeni rekord müəyyənləşdi
-
Azərbaycan vətəndaşları Rusiyadan deportasiya edildilər
-
Gənc müəllimlərdən valideynlərə çağırış
-
Sumqayıtda faciə: kişi binadan yıxılıb öldü
-
Kılıçdaroğlu: siyasi meyitin dirilişi
-
Barkola Salahın rekordunu təkrarladı
-
Tramp: Onları güllələmək lazımdır
-
Şəbnəm Tovuzluya avtomobilində gözlənilməz sürpriz – (Video)
-
İlon Mask: "Zelenski dərhal istefa verməlidir"
-
Lisey şagirdləri kreditorlara qarşı: Fransa imtahan verir
-
Mbappe Messinin rekordunu qırdı
-
Neftimizin qiyməti kəskin dəyişdi
-
İstanbulda küçələri sel basdı - (Foto)





