Dünya

Tramp: Onları güllələmək lazımdır

15 Oktyabr 2026 10:26
Baxış: 538
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ Prezidenti Donald Tramp İrana qarşı planlaşdırılan hərbi əməliyyatın təxirə salınmasına səbəb kimi məxfi məlumatların mediaya ötürülməsini göstərib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Tramp bu barədə Arizona ştatında keçirilən seçki mitinqində çıxışı zamanı danışıb.

Prezidentin sözlərinə görə, hücumda iştirak etməli olan B-2 bombardmançı təyyarələrinin hərəkəti ilə bağlı məlumatlar CNN və "The New York Times" nəşrlərinə sızdırılıb. O iddia edib ki, bundan sonra İran tərəfi planlaşdırılan əməliyyatdan xəbər tutub.

Tramp məxfi hərbi məlumatları ictimailəşdirən şəxslərin sərt şəkildə cəzalandırılmalı olduğunu bildirib.

"Bu insanlar həbsə göndərilməli və ömürlük həbs cəzası almalıdırlar. Mənim fikrimcə, onları güllələmək lazımdır", - deyə ABŞ Prezidenti vurğulayıb.

Trampın açıqlamasına əsasən, B-2 bombardmançılarının hücum günü Missuri ştatından saat 12:07-də havaya qalxması nəzərdə tutulub. Lakin əməliyyat həmin gün təxirə salınıb və iki gün sonra həyata keçirilib.

ABŞ Prezidenti hərbi əməliyyatlarla bağlı məxfi məlumatların mediaya ötürülməsinin ölkənin milli təhlükəsizliyi üçün ciddi təhdid yaratdığını qeyd edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.