Türkiyə

İstanbulda küçələri sel basdı - (Foto)

15 Oktyabr 2026 09:41
Baxış: 606
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İstanbulda dünən axşamdan etibarən fasilələrlə yağan güclü yağış bir sıra fəsadlara səbəb olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, bir çox rayonda küçələri, yeraltı keçidləri və tunelləri su basıb, avtomobillər yollarda qalıb. Bəzi ərazilərdə torpaq sürüşməsi baş verib, ağaclar aşıb.

Güclü yağış şəhər nəqliyyatında da ciddi problemlər yaradıb. İşdən çıxış saatlarında tıxacın səviyyəsi 89 faizə yüksəlib.

İstanbulda ümumilikdə 1277 su basması hadisəsi qeydə alınıb.

Yağışlarla əlaqədar bu gün İstanbulda məktəblərdə dərslər dayandırılıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.