MiniBoss Business School Bakıda ikinci ünvanda fəaliyyətə başlayır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
6-17 yaşlı uşaqlar üçün sahibkarlıq üzrə intensiv kurslara qeydiyyat başlayır.
MiniBoss Business School Bakıda fəaliyyətini genişləndirərək uşaqlar və yeniyetmələr üçün sahibkarlıq üzrə intensiv kurslara yeni ünvanda qeydiyyat elan edir. Artıq Atatürk prospekt 134 ünvanında da təşkil olunan proqram çərçivəsində şagirdlər biznes ideyaları yaratmağı, məhsul və brend hazırlamağı, marketinq və satışın əsaslarını, maliyyə savadlılığını və komanda şəklində işləməyi öyrənəcəklər.
O cümlədən, praktiki tapşırıqlar və layihələr vasitəsilə onlar ideyalarını inkişaf etdirməyi və öz layihələrini təqdim etməyi təcrübədən keçirməyi öyrənəcəklər.
İntensiv kurs proqramına biznesin əsasları, büdcənin planlaşdırılması, PR və marketinq, satış və inkişaf strategiyaları və büdcənin planlaşdırılması kimi mövzular daxildir.
Şagirdlər Startup Forumlarında, eləcə də milli və beynəlxalq sahibkarlıq çempionatlarında iştirak edərək öz layihələrini təqdim etmək və beynəlxalq təcrübə qazanmaq imkanı əldə edirlər. Yeni filialın şagirdləri də bu imkanlardan yararlanaraq milli və beynəlxalq çempionatlarda iştirak edə, öz biznes ideyalarını təqdim edə və beynəlxalq səviyyədə təcrübə qazana biləcəklər.
Qeyd edək ki, MiniBoss Business School dünyanın 27 ölkəsində 70-dən çox filialı olan beynəlxalq təhsil şəbəkəsidir. Məktəbin tədris metodologiyası 6-17 yaşlı uşaqların sahibkarlıq potensialının üzə çıxarılmasına, liderlik bacarıqlarının inkişafına və biznes düşüncəsinin formalaşdırılmasına yönəlib.
Hər akademik il MiniBoss tələbələri Startup Forum, eləcə də Startaplar üzrə milli və beynəlxalq çempionatlarda iştirak edərək layihələrini təqdim etmək və beynəlxalq təcrübə qazanmaq imkanı əldə edirlər.
Proqram çərçivəsində şagirdlər yalnız biznes ideyaları yaratmaq və layihələr hazırlamaqla kifayətlənmirlər. Onlar öz layihələrini həyata keçirmək üçün real qrantlar əldə edir, ideyalarını real biznes təşəbbüslərinə çevirir və layihələri vasitəsilə ilk gəlirlərini qazanmağa başlayırlar. Bu təcrübə uşaqlara sahibkarlığın praktiki tərəflərini öyrənmək, maliyyə məsuliyyətini anlamaq və gələcək biznes fəaliyyətləri üçün möhkəm təməl formalaşdırmaq imkanı yaradır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanlı müğənni Qazaxıstanda həbs olundu - Yenilənib
-
Kamil Zeynallının Qəbələdəki villasında anası ilə görüşü maraq yaratdı - (Video)
-
"Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılırlar?
-
SOMDA-da xidmətə qəbul başlayır: Kim müraciət edə bilər?
-
Bakıda maşın atla toqquşdu - (Video)
-
MiniBoss Business School Bakıda ikinci ünvanda fəaliyyətə başlayır
XƏBƏR LENTİ
-
Onlarla təyyarə İstanbul hava limanına enə bilmədi
-
Azərbaycanlı müğənni Qazaxıstanda həbs olundu - Yenilənib
-
Kamil Zeynallının Qəbələdəki villasında anası ilə görüşü maraq yaratdı - (Video)
-
"Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılırlar?
-
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısının iştirakçılarını qarşılayır - (Foto)
-
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırıldı
-
SOMDA-da xidmətə qəbul başlayır: Kim müraciət edə bilər?
-
"Qiyamət günü"nün tarixi açıqlandı
-
Bakıda maşın atla toqquşdu - (Video)
-
MiniBoss Business School Bakıda ikinci ünvanda fəaliyyətə başlayır
-
Rumıniya 2028-ci ildə TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib
-
Çempionlar Liqasında yeni rekord müəyyənləşdi
-
Azərbaycan vətəndaşları Rusiyadan deportasiya edildilər
-
Gənc müəllimlərdən valideynlərə çağırış
-
Sumqayıtda faciə: kişi binadan yıxılıb öldü
-
Kılıçdaroğlu: siyasi meyitin dirilişi
-
Barkola Salahın rekordunu təkrarladı
-
Tramp: Onları güllələmək lazımdır
-
Şəbnəm Tovuzluya avtomobilində gözlənilməz sürpriz – (Video)
-
İlon Mask: "Zelenski dərhal istefa verməlidir"
-
Lisey şagirdləri kreditorlara qarşı: Fransa imtahan verir
-
Mbappe Messinin rekordunu qırdı
-
Neftimizin qiyməti kəskin dəyişdi
-
İstanbulda küçələri sel basdı - (Foto)





