Təhsil

"Müəllimlər üçün pul yığırlar, 50 manatı bəyənmirlər, 100-dən dəm vururlar" - ŞİKAYƏT - VİDEO

10 Sentyabr 2025 12:35
Baxış: 905
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yeni dərs ilinin başlanmasına az vaxt qalmış bəzi ümumtəhsil müəssisələrində valideynlərdən pul yığılması ilə bağlı iddialar yenidən gündəmə gəlib.

Milli.Az xəbər verir ki, bu barədə valideynlərdən biri müraciət ünvanlayıb.

Müraciətdə qeyd olunub ki, bəzi məktəblərdə müəllimlər üçün müxtəlif adlar altında valideyn komitəsinin sədrləri pul yığırlar. Valideynlərin sözlərinə görə, müəllimlər üçün yığılan məbləğ kifayət qədər çoxdur:

"50 manatı bəyənmirlər. 100 manatdan dəm vururlar. Bəlkə birinin imkanı çatmır?"

Valideynlər bildirirlər ki, rəsmi qurumlar tərəfindən bu cür halların yolverilməz olduğu dəfələrlə qeyd edilsə də, bəzi məktəblərdə bu praktika hələ də davam edir.

Aysel Əkbər
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.