Maraqlı

Evə xəbərsiz gələn qayınananı gəlinin qarşılaması MÜZAKİRƏ YARATDI - VİDEO

25 Yanvar 2026 16:49
Baxış: 585
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə yayılan bir video qısa zamanda geniş marağa səbəb olub.

Milli.Az xəbər verir ki, görüntülərdə xəbərsiz şəkildə gəlinin evinə gələn qayınananın qarşılanma anları əks olunub. Sözügedən video izləyicilər arasında müzakirələr yaradıb.

Kadrlarda qayınana ilə gəlin arasında baş verən dialoq xüsusi diqqət çəkib. Onların söhbəti zamanı müəyyən gərginlik yaşandığı da aydın şəkildə hiss olunur. Bəzi izləyicilər gəlinin davranışını təmkinli hesab etsə də, digərləri qayınananın gözlənilməz gəlişini müzakirə ediblər.

Gəlin həmin anları mobil telefonunun yaddaşına köçürərək sonradan sosial şəbəkədə paylaşıb. Video yayımlandıqdan sonra "qayınana-gəlin münasibətləri" mövzusu yenidən gündəmə gəlib və istifadəçilər arasında fikir ayrılığı yaranıb.

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.