Maraqlı

Badımcan turşusu yeyən çinli qızdan qəribə REAKSİYA - VİDEO

25 Yanvar 2026 16:21
Baxış: 579
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə yayılan video istifadəçilərin diqqətini cəlb edib.

Milli.Az xəbər verir ki, görüntülərdə çinli gənc qızın badımcan turşusunun dadına baxarkən verdiyi qəribə reaksiya geniş marağa səbəb olub.

Videoda əcnəbi qız badımcan turşusunu daddıqdan sonra peşman olduğunu və dadını bəyənmədiyini açıq şəkildə nümayiş etdirir. Onun iyrənmiş reaksiyası qısa müddətdə sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə yol açıb.

İzləyicilər videoya müxtəlif münasibət bildiriblər. Bəzi istifadəçilər çinli qızın reaksiyasını təəccüblə qarşılayıb, digərləri isə mətbəximizi müdafiə edərək, "Bizim turşular Çin mətbəxindən qat-qat yaxşıdır" kimi fikirlər səsləndiriblər.

Sözügedən video əyləncə xarakteri daşısa da, sosial şəbəkələrdə maraq və müzakirə mövzusuna çevrilib.

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.