Xankəndidə 37 ildən sonra “Son zəng” - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə "Son zəng" tədbiri keçirilib.
Milli.Az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, məzun günündə həmçinin, bu məktəbin 1988-ci il məzunları üçün vaxtilə baş tuta bilməyən "Son zəng" mərasimi də keçirilib.
Qürurverici bu gündə təşkil olunan tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Elm və Təhsil Nazirliyinin əməkdaşları, məktəb kollektivi, şagirdlər, valideynlər, şəhid ailələri və müharibə veteranları iştirak ediblər.
Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.
Çıxış edən Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafı istiqamətində atılan addımların savadlı, vətənpərvər və dövlətə bağlı gənclərin yetişməsində mühüm rol oynadığını vurğulayıb.
O həmçinin qeyd edib ki, bu gün Azərbaycanın gələcəyi üçün bilikli, fəal və milli ruhda böyüyən gənclər yetişir. Gənclərin dünyanın aparıcı ali təhsil müəssisələrində, ölkəmiz üçün prioritet sahələr üzrə təhsil almaları üçün hər cür şərait yaradılıb.
"Son zəng" tədbiri məktəblilərin musiqili-bədii çıxışları ilə davam edib.
Qeyd edək ki, bu il Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbi 14 şagird bitirərək məzun olub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
XƏBƏR LENTİ
-
“Savoring” nədir? Xoşbəxt anların daha uzun sürməsini təmin edən psixoloji bacarıq
-
ABŞ polisi səhvən 22 yaşlı tələbəni güllələdi - (Foto)
-
Bakının bəzi yerləri işıqsız qalacaq - Yenilənib
-
Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib
-
"Qalatasaray"dan 45 milyon avroluq transfer gəlir (Foto)
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səbirli olmağınız vacibdir
-
Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - (Video)
-
Aidə Əliyevaya AFFA-da vəzifə verildi
-
Yanan maşını yanacaqdoldurma məntəqəsindən belə uzaqlaşdırdı - (Video)
-
"Kurtlar Vadisi"nin aktyoru vəfat etdi - (Foto)
-
Raheem Sterlinq ikiillik həbs edilə bilər
-
Yevlaxda balıqçı itkin düşüb
-
Nepalda daşqınlarda ölənlərin sayı 157-yə çatıb
-
Çempionlar Liqasının püşkatmasında yeni qayda
-
Azərbaycan Prezidenti xəbərdarlıq etmişdi: indi tarix Köçəryanla Sarkisyanın qapısını döyür
-
“Tezliklə İrana qarşı böyük qələbə əldə edəcəyik” - Tramp
-
Luis Enrike ulduz futbolçunu cəzalandırıb
-
Xətai rayonundakı küçə iki gün bağlı olacaq
-
Dani Bolt Medinanın komanda yoldaşı olacaq
-
Restoran üslubunda "İmam bayıldı" resepti
-
Azərbaycanın “Sabah” futbol klubu Prezident İlham Əliyevə təşəkkür edib
-
Aktyor Tim Karri vəfat edib
-
“WhatsApp”dan təhlükəsizliklə bağlı yenilik
-
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir





