Təhsil

Bir sıra bağçalarda hazır yemək təminatı yaxşılaşdırılır - 77 milyon ayrıldı

15 Yanvar 2025 23:10
Baxış: 265
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda bir sıra məktəbəqədər təhsil müəssisələrində hazır yemək təminatı yaxşılaşdırılacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı keyfiyyətə nəzarət xidmətləri göstəriləcək.

Belə ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi artıq bu işlər çərçivəsində müəyyən işləri yekunlaşdırıb.

Qurum məktəbəqədər təhsil müəssisələrində hazır yemək təminatının təşkili keyfiyyətə nəzarət xidmətlərinin göstərilməsi xidmətini "Depot" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb. Müqavilə əsasən, şirkətə 77 milyon manat ödənilib.

Qeyd edək ki, sözügedən işlərin icrasının həvalə olunduğu "Depot" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Hüseynov Elvin Malik oğludur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.