Aktuallığını itirən peşələr - Universitetlərdə yeni ixtisaslar açıla bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan universitetlərində bəzi ixtisasların əmək bazarının tələblərinə uyğun olmaması və onların müasir iqtisadi şərtlərlə ayaqlaşa bilməməsi ciddi problemə çevrilib. Bu problem həm tələbələrin gələcəkdə iş tapmaqda çətinlik çəkməsinə, həm də iqtisadi inkişafın ləngiməsinə səbəb ola bilər.
Bəs universitetlərdə tədris edilən ixtisaslarla əmək bazarı arasında necə əlaqə yaradıla bilər?
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov bildirib ki, müasir əmək bazarının sürətli dəyişikliklərə məruz qaldığı dövrdə universitetlər tədris proqramlarını daim yeniləməli və əmək bazarının real tələblərinə uyğunlaşmalıdırlar.
O qeyd edib ki, əks halda, bir çox ixtisaslar gələcəkdə öz vacibliyini itirəcək və tələbə qəbuluna maraq azalacaq.
"Birincisi, Azərbaycanda bəzi ixtisasların əmək bazarında artıq çoxdan öz aktuallığını itirdiyini görmək olar. Məsələn, sovet dövründən qalan bəzi humanitar ixtisaslar, xüsusilə də yalnız nəzəriyyə ilə məhdudlaşan filologiya, tarix kimi sahələrdə məzunların böyük əksəriyyəti əmək bazarında tələb olunmur. Bu ixtisaslardan məzun olanlar ya işsiz qalırlar, ya da öz ixtisaslarına uyğun olmayan işlərdə çalışırlar.
Həmçinin, bəzi kənd təsərrüfatı sahələrində nəzəri tədris üstünlük təşkil edir və praktiki biliklərin azlığı bu məzunların kənd təsərrüfatının modernləşməsi üçün lazım olan iş yerlərində iş tapa bilməməsinə səbəb olur. Bu ixtisasların bəzilərinin ləğv edilməsi və ya yenidən qurulması zəruridir.
Vacibliyini itirmiş ixtisasların ləğvi və ya müasir dövrün tələblərinə uyğunlaşdırılması təhsilin keyfiyyətini artıracaq və tələbələrin əmək bazarına daha asan inteqrasiya olmasına şərait yaradacaq. Universitetlər bu məsələdə əmək bazarının tələblərini araşdıraraq, müvafiq qərarlar qəbul etməlidirlər.
Misal üçün, texnologiyanın inkişafı ilə bir çox sənaye və kənd təsərrüfatı sahələri üçün artıq ənənəvi ixtisaslar deyil, texniki və rəqəmsal biliklər tələb olunur. Texnologiya və mühəndislik kimi sahələrin inkişafı əmək bazarında daha yüksək tələb yaradır, amma bir çox universitetlər bu sahələrə kifayət qədər diqqət ayırmır.
İkinci tərəfdən, gələcəkdə perspektivli olacaq ixtisasların müəyyən edilməsi də vacibdir. Rəqəmsal iqtisadiyyatın sürətlə inkişaf etdiyi müasir dövrdə xüsusilə texnoloji və STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) sahələri böyük perspektivə malikdir. Məsələn, kompüter elmləri, proqramlaşdırma, süni intellekt, məlumat analitikası, biotexnologiya və enerji mühəndisliyi kimi sahələr yaxın gələcəkdə əmək bazarında yüksək tələb görəcək.
Bu sahələrə olan tələbin artması qlobal texnoloji dəyişikliklərdən və innovasiyalardan qaynaqlanır. Azərbaycan da bu sahələrdə daha çox ixtisaslaşmış kadr yetişdirmək üçün təhsil sistemində dəyişikliklər etməlidir. Ayrıca ixtisaslar üzrə təhlil aparsaq, indi populyar bir çox ixtisasların əhəmiyyətini itirəcəyini görəcəyik.
Belə ki, filologiya (dil və ədəbiyyat) sahəsi, xüsusilə də ədəbiyyat tədrisi, bir çox ölkələrdə yüksək tələbat görmür. Bu ixtisaslardan məzun olanlar yalnız təhsil müəssisələrində iş tapa bilər. Eyni vəziyyət tarix ixtisası üçün də keçərlidir. Hər iki sahə nəzəriyyəyə çox bağlıdır və iş imkanları çox məhduddur.
Əksər hallarda məzunlar öz ixtisaslarına uyğun olmayan sahələrdə iş axtarırlar. Gələcəyin proqnozları göstərir ki, idman müəllimliyi kimi ixtisaslar, əmək bazarında məhdud perspektivlərə malikdir. Əmək bazarının tələbləri daha çox idman menecmenti, fitness və sağlamlıqla bağlı yeni trendlərə yönəlib", - o əlavə edib.
Eksperin sözlərinə görə, xüsusilə ənənəvi kitabxanaçılıq, müasir dövrdə rəqəmsallaşma və məlumatların elektron formatda işlənməsi ilə böyük dərəcədə aktuallığını itirib.
"Məlumatların rəqəmsal idarəetmə sahəsinə yönəlməsi kitabxana elmlərinə olan tələbi azaldır. Rəqəmsal iqtisadiyyatın genişlənməsi və müasir maliyyə sistemlərinin avtomatlaşdırılması mühasibat uçotu sahəsində ənənəvi metodların aktuallığını azaltdı. Müasir mühasibat uçotu proqramlaşdırma və məlumat analitikası ilə bağlıdır və ənənəvi üsullarla iş görən mühasiblər əmək bazarında tələbatdan kənarda qala bilər.
Bu kimi ixtisaslar artıq əmək bazarında az tələbat görür və universitetlərin bu sahələrdə qəbul sayını azaltması və ya tədris proqramlarını müasir dövrün tələblərinə uyğun yeniləməsi məqsədəuyğun ola bilər.
Rəqəmsallaşma və texnologiyanın sürətli inkişafı ilə yanaşı, yaşıl texnologiyalar və ekoloji davamlılıq sahələrinə də böyük tələbat yaranacaq. Bütün dünya üzrə ölkələr iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün yaşıl enerji və ekoloji davamlılıq texnologiyalarına investisiya yatırır. Bu baxımdan, Azərbaycan universitetlərində də ekoloji mühəndislik, bərpa olunan enerji texnologiyaları, su resurslarının idarə edilməsi kimi ixtisaslar üzrə daha çox məzun yetişdirilməli və bu sahələrdə ixtisaslaşma artırılmalıdır.
Nəticədə, Azərbaycan universitetləri əmək bazarının tələblərinə cavab verə bilmək üçün bəzi ixtisasları ləğv etməli və tədris proqramlarını müasir trendlərə uyğunlaşdırmalıdır. Bu addımlar həm təhsil keyfiyyətini yüksəldəcək, həm də tələbələrin gələcəkdə əmək bazarına uğurla inteqrasiya olmasına kömək edəcək. Texnologiya, STEM sahələri, yaşıl texnologiyalar və ekoloji davamlılıq kimi sahələr isə yaxın gələcəkdə əmək bazarının ən çox tələb olunan sahələri arasında olacaq. Universitetlər bu istiqamətdə konkret addımlar ataraq, əmək bazarının tələblərinə uyğunlaşmalı və tələbələrin gələcək karyeralarını təmin etməlidir", - deyə o bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
XƏBƏR LENTİ
-
Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olunub (FOTO)
-
“Bu son videom olacaq”
-
Bu imtahanda 300 bal olmadı
-
Yeni direktor icra başçısının qardaşı imiş
-
Mahir Emreliyə bu ölkədən təklif var
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda şəhid ailəsini ziyarət ediblər - FOTO
-
Aşığın maşını yanıb külə döndü - VİDEO
-
"Kəpəz"in bıçaqlanan futbolçusu klubunu dəyişir
-
Gi Parmelin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
"Uzak Şehir"də sürpriz ayrılıq
-
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
-
İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı olub
-
Bakıya şiddətli dolu düşməsinin səbəbi AÇIQLANDI
-
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb - FOTO
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda yerli sənətkarın yaradıcılığı ilə tanış olublar - FOTO
-
Sığorta şirkətlərinin açıq sığorta modeli tətbiq ediləcək
-
Bulvarda gənc qıza qarşı zorakılıq edən şəxs həbs olundu - VİDEO
-
İspaniya Kralı Prezident İlham Əliyevi təbrik edib
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər - FOTO
-
Paytaxta yağan dolunun ölçüsü məlum oldu
-
Makron Prezident İlham Əliyevi təbrik edib
-
Bakıda ölkənin ən dəbli uşaqları seçildi – gələcəyin podiumu “Azerbaijan Kids Best Model 2026” - FOTO
-
Beynəlxalq Barbekü Festivalı yenidən Şamaxıda - VİDEO
-
Donald Tramp Prezident İlham Əliyevi təbrik edib





