İqor Okayev VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri təyin edilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İqor Okaev Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin sədri təyin edilib. O, VTB-nin Azərbaycanda biznesinin inkişafı, müştəri bazasının ikiqat artırılması və rəqəmsallaşma kimi strateji vəzifələrin icrasına cavabdeh olacaq.
VTB (Azərbaycan)-ın rəhbəri kimi İqor Okayevin əsas vəzifələri bankın strategiyasının həyata keçirilməsi, maliyyə göstəricilərinin, o cümlədən rəqəmsallaşma və yeni məhsul və xidmətlərin tətbiqi hesabına, artımı olacaq. 2023-cü ilə qədər Azərbaycanda VTB 70 minə yaxın pərakəndə müştəriyə və 3,5 minə yaxın şirkət və müəssisəyə xidmət göstərməyi planlaşdırır. Bankın rəqəmsal kanallarında satışın payı fiziki şəxslər üçün 80%-ə, hüquqi şəxslər üçün isə 85%-ə çatmalıdır.
"Törəmə banklarımızın rəhbərliyi qarşısında müştərilər üçün qabaqcıl məhsul və xidmətlərin tətbiqi və bazar mövqelərinin gücləndirilməsi vəzifəsi durur. Azərbaycan biznesimizin gələcək inkişafı üçün mühüm bazardır. VTB respublikaya, xüsusən də iqtisadiyyatın real sektoruna investisiyaların cəlb edilməsi istiqamətində fəal iş aparır. Biz maliyyə xidmətləri sahəsində ən yaxşı təcrübələrimizi və texnoloji həlləri tətbiq edərək, onları ölkənin sakinləri və biznesləri üçün uyğunlaşdırırıq. Bank bu işi İqor Okayevin rəhbərliyi altında davam etdirəcək, onun bilik və təcrübəsi Azərbaycanda VTB Qrupunun strategiyasını uğurla həyata keçirməyə kömək edəcək" - deyə, VTB-nin prezidenti və İdarə Heyətinin sədri Andrey Kostin bildirib.
İqor Okayev Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib. 2003-cü ildən bank sektorunda çalışır. O, əvvəllər Unibank-da rəhbər vəzifələrdə çalışıb, 2019-cu ildə Bankın İdarə Heyəti sədrinin birinci müavini, 2020-ci ildə Unibank-ın İcraçı Direktoru (CEO) vəzifələrinə təyin edilib. 2016-2017-ci illərdə o, həmçinin VTB (Azərbaycan)-ın idarə heyətinin üzvü olub və bankın korporativ və pərakəndə biznesin inkişafı departamentlərinə rəhbərlik edib.
Qeyd edək ki, İqor Okayev son 10 ildə VTB (Azərbaycan)-ın idarə heyətinin sədri seçilən ilk Azərbaycan vətəndaşıdır.
2021-ci ilin üçüncü rübünün yekunlarına görə, VTB (Azərbaycan)-ın aktivləri ilin əvvəlindən 7,3% artaraq 230,5 milyon manatı ötüb. Kredit portfeli 38%, depozit portfeli isə 16,8% artaraq müvafiq olaraq 168,3 milyon manat və 96,2 milyon manat təşkil edib.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)





