İqtisadiyyat

“Rosneft”: Neftin qiyməti 120 dollaradək arta bilər

17 Noyabr 2021 09:40
0 Şərh     Baxış: 1 005
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2022-ci ilin ilk yarısının sonlarına doğru neftin qiyməti 120 dollara çata bilər.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın "Rosneft" şirkətinin vitse-prezidenti Atabəy Kərimov bəyan edib.

O, uzunmüddətli perspektivdə qiymətlərin şirkət üçün əlverişli olduğunu bildirib.

Xatırladaq ki, noyabrın 15-də "Lukoil" şirkətinin rəhbəri Vahid Ələkbərov da neft qiymətlərilə bağlı öz proqnozunu səsləndirib. Kərimovdan fərqli olaraq, Ələkbərov yaxın zamanlarda qiymətlərin 100 dollar həddinə çatacağına inanmadığını qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.