İqtisadiyyat

Azərbaycanda payızlıq əkin sahəsinin 81 faizi şumlanıb

28 Oktyabr 2021 20:30
0 Şərh     Baxış: 502
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Payızlıq əkinlərlə əlaqədar bu günədək Azərbaycanda 826287 hektar sahədə şum aparılıb. Bu, proqnozlaşdırılan əkin sahəsinin 81,3 faizini təşkil edir.

Kənd Təsərrüfatı Nazirliyindən Milli.Az-a verilən məlumata görə, oktyabrın 28-dək 200818 hektar sahədə səpin həyata keçirilib, o cümlədən 84961 hektar sahədə buğda səpini, 115857 hektar sahədə arpa səpini aparılıb. Səpin zamanı 14816.2 ton sertifikatlaşdırılmış buğda, 13007.4 ton sertifikatlaşdırılmış arpa toxumundan istifadə olunub.

Füzuli, İmişli, Oğuz, Qubadlı, Salyan, Sabirabad, Xocalı, Yevlax və Zəngilan rayonlarında şum proqnozlaşdırılan əkin sahəsinə nisbətən 100% yerinə yetirilib. Ağcabədi rayonunda şum proqnozlaşdırılan əkin sahəsinə nisbətən 98.2 %, Ağdaş rayonunda 93.1 %, Ağstafa rayonunda 95.2 %, Quba rayonunda 98.1 %, Saatlı rayonunda 95 %, Qəbələ rayonunda 97% yerinə yetirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.