Azərbaycanda Tarif Şurasının qərarı ilə Təbii qaz və elektrik enerjisi üzrə tarif tənzimlənməsi barədə qərar qəbul olunub.
Qərar niyə qəbul olundu, səbəb nədir, bu qərarın əhaliyə və iqtisadiyyata nəticələri necə olacaq?
Tarif Şurasının iclasında Dövlət Neft Şirkətinin (SOCAR) təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair müraciətinə baxılıb və müvafiq qərarlar qəbul edilib. Qərara əsasən:
Təbii qaz üzrə tariflərdə (min m3):
Əhalinin illik istehlakının 1200 m3 -dək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılır;
Əhali üçün 1200-2500 m3-dək və 2500 m3 -dən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişilmir və əvvəlki həddə saxlanır;
Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılır;
"Azəristiliktəchizat" ASC-yə, məhəllə qazanxanalarına və CNG yanacaqdoldurma məntəqələrinə satılan qazın tarifi 13 qəpikdən 17,1 qəpiyə artırılır;
Digər istehlakçılar üzrə qaz tarifləri əvvəlki səviyyədə - 1000 m3 üçün 25 qəpik səviyyəsində, metanol və karbamid məhsullarının istehsalında xammal kimi istifadə olunan qaz üçün 20 qəpik səviyyəsində saxlanılır;
"Azərkontrakt" ASC tərəfindən "Azərenerji" ASC-yə enerji istehsalı üçün satılan qazın tarifi 13 qəpikdən 17,1 qəpiyə artırılır;
Hasilatçıdan ("Azneft" İB) alınan qazın tarifi 7,5 qəpikdən 9,0 qəpiyə artırılır;
"Azərkontrakt" ASC tərəfindən "Azəriqaz" İB və "Naxçıvanqaz" İB-yə satılan qazın tarifi 11 qəpikdən 11,8 artırılır.
İxrac olunan elektrik enerjisinin, habelə enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinə verilən elektrik enerjisinin istehsalı məqsədləri üçün təbii qaz istehsalçı tərəfindən müqavilə qiyməti ilə alınır.
№ |
Göstəricilər |
Mövcud tarif |
Yeni tarif |
Tariflər (manat/1000 m3, ƏDV ilə) |
|||
1. |
"Azneft" İB-dən alınan |
75 |
90 |
2. |
Topdansatış ("Azəriqaz" İB, "Naxçıvanqaz" İB) |
110 |
118 |
3. |
Əhali |
||
3.1. |
1200 m3-dək (1200 m3 daxil olmaqla) |
100 |
120 |
3.2. |
1200 m3-2500 m3 |
200 |
200 |
3.3. |
2500 m3-dən çox |
250 |
250 |
4. |
Qeyri-əhali |
||
4.1. |
Sənaye və kənd təsərrüfatı |
200 |
220 |
4.2. |
"Azəristiliktəchizat" ASC, məhəllə qazanxanaları və CNG tipli qazdoldurma məntəqələrinə |
130 |
165 |
4.3. |
Digər |
250 |
250 |
4.4. |
Metanol və karbamid zavodları |
200 |
200 |
5. |
"Azərenerji" ASC |
130 |
165 |
6. |
Təbii qazın emalı |
5,5 |
5,5 |
7. |
Təbii qazın nəqli |
5,3 |
5,3 |
8. |
Təbii qazın yeraltı qaz anbarlarına vurulması və götürülməsi |
8,25 |
8,25 |
Tarif dəyişikliyinin səbəbləri
Qərarın səbəbləri iki əsaslıdır - daxili və xarici.
İlk əvvəl daxili səbəblərə nəzər salaq.
Ötən dövr ərzində ölkədə təbii qazın istehlakı artıb, həyata keçirilən infrastruktur layihələri nəticəsində qaz təchizatının əhatə dairəsi genişlənib, abonentlərinin sayı yüksəlib. Nəticədə dövlətin xərcləri xeyli dərəcədə artıb və 1.000 kub metr təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci hazırda 174 manat təşkil edir.
Azərbaycanda təbii qazın qiymətləri əksər region və bütün Avropa ölkələri ilə müqayisədə ucuzdur. İl ərzində 1.200 kubmetr qaz istehlak edənlər abonentlərin 51%-ni təşkil edir. Hazırda əhali qrupuna aid abonentlərə təbii qazdan 1.200 kubmetrədək istifadə etdiyi halda qazın 1.000 kubmetri 100 manata (58,82 ABŞ dolları), illik qaz istehlakı 1.200 kubmetrdən çox olan əhali üçün 200 manata (117,65 ABŞ dolları), illik 2.500 kubmetrdən çox təbii qaz istehlak edən abunəçilər üçün isə 250 manata (147,06 ABŞ dolları) satılır. Beləliklə, təbii qazın hasilatı və əhaliyə çatdırılmasına xərclənən vəsait təbii qazın satışından əldə olunan vəsaitdən xeyli dərəcədə aşağıdır və qaz təchizatı fəaliyyəti zərərlə nəticələnir. Həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanır.
Təbii qazın hasilatı və satışı prosesində dövlət üçün yaranan zərərin aradan qaldırılması istiqamətində addım atılır.
Enerji təchizatı sahəsinin dövlət büdcəsindən asılılığı subsidiyalaşdırılma azalır.
Sahəyə investisiya qoyuluşlarının təmin edilməsi üçün imkanlar genişlənir və cəlbedicilik artır.
Təbii qazın istehsal və təchizat xərclərinin tam ödənilməsi üçün yaranan zərurət qarşılanır.
Xarici səbəblər isə belədir:
Dünya bazarında təbii qazın qiymətləri kəskin şəkildə bahalaşıb. COVİD-19 pandemiyasının tədricən səngiməsi, dünya iqtisadiyyatının canlanması və sənaye sahələrində istehsalın bərpa olunması fonunda 2021-ci ildən başlayaraq qazın qiyməti artmağa başlayıb. İlin əvvəlində 1.000 kub metri 335 dollar olan təbii qaz iyul ayında 500 dollara, avqustda 600 dollara yaxın olub. Sentyabrda qiymət artımı davam edib, birjalarda 1.000 kubmetri 700 dollar olan qazın qiyməti oktyabr ayına birjada (İCE) 1200-1400 dolları aralığında təklif olunub. Beynəlxalq Enerji Agentliyi qazın yüksək qiymətlərinin 2022-ci ilin birinci rübündə də davam edəcəyini proqnozlaşdırır.
Qış fəslinin yaxınlaşdığı ərəfədə Rusiyanın "Qazprom" şirkətinin qaz təchizatını azaldacağına dair açıqlaması birjalarda qiymət artımına səbəb olub. 2021-ci ilin qalan aylarında Avropaya qaz təchizatında 20-23% azalma gözlənilir.
Qazın qiymət artımına səbəblərdən biri də Avropada qaz ehtiyatlarının kəskin azalmasıdır. Gas Infrastructure Europe (GIE) təşkilatının məlumatına görə, hazırda Almaniyada qaz rezervuarlarının 69,3%-i. Avropada isə 75,9%-i doludur.
Enerji böhranı Avropa və Asiya bazarları arasındakı rəqabəti kəskin artırıb. Çin, Yaponiya, Koreya və Tayvan kimi sürətlə böyüyən iqtisadiyyatlar Avropanın ənənəvi mayeləşdirilmiş təbii qaz təchizatçıları üçün daha cəlbedici bazarlara çevrilib. 2021-ci ilin ilk 8 ayında Yaponiya, Cənubi Koreya və Tayvanın təbii qaz idxalı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 7%, Çinin LNG idxalı isə 30% artıb.
Tarif dəyişikliyinin əhaliyə təsirləri
İstehlak səbətində bir nəfər üçün aylıq qaz istehlakı həcmi 21 kub metr müəyyənləşdirilib. Orta statistik ailə tərkibinin 4 nəfər olduğunu nəzərə alsaq, bu da il ərzində təxminən 1.000 kub metr qaz istehlakı deməkdir. Yeni tariflərin istehlak edilən qaz üzrə ödəmələrində 4 nəfərdən ibarət bir ailənin aylıq istehlak səbətinə birbaşa təsiri 1,72 manat həddində olacaq.
Təbii qaz tarifləri üzrə bəzi ölkələrlə müqayisəyə nəzər salaq:
2021-ci ildə 1 kub metr təbii qazın tarifi əhali üzrə Azərbaycanda yuxarı hədd 25 qəpik:
1) Türkiyədə - 36 qəpik;
2) Ukraynada- 87 qəpik;
3) Gürcüstanda - 29 qəpik;
4)Belarusda- 34 qəpik.
1 kub metr təbii qazın tarifi qeyri-əhali abonenti üzrə Azərbaycanda yuxarı hədd 25 qəpik:
1)Türkiyədə - 60 qəpik;
2) Ukraynada- 2 manat;
3) Belarusda- 55 qəpik.
Tarif tənzimlənməsi dövlətin iqtisadi siyasətinə uyğun olaraq bu məsələlər nəzərə alınmaqla həyata keçirilib:
- Enerji təhlükəsizliyinin dayanıqlığının təmin olunması;
- İqtisadiyyatın dinamik və intensiv inkişafına daha əlverişli şəraitin yaradılması;
- İqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması istiqamətində dövlət tənzimləməsinin təkmilləşdirilməsi;
- Biznes və investisiya mühitinin əlverişliliyinin daha da artırılması;
- Resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi;
- İstehlakçıların və istehsalçıların maraqlarının uzlaşdırılması;
- Dövlətin sosial siyasətinin ardıcıllığının və əhalinin sosial rifahının təmin edilməsi;
- Mərhələli şəkildə bazar münasibətlərinin formalaşdırılması və dövlət büdcəsindən ayrılan subsidiyaların aradan qaldırılması;
- Region ölkələri (beynəlxalq) üzrə qiymətlərin kəskin artımı.
Tarif dəyişikliyinin iqtisadiyyata müsbət təsirləri:
- Dövlət büdcəsindən asılılığın, subsidiyaların aradan qaldırılması;
- Büdcədə sərbəstləşən vəsaitin digər büdcə xərclərinə və sosialyönümlü tədbirlərə yönəldilməsi;
- Yeni investisiya qoyuluşlarının təmin edilməsi;
- İstehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin ödənilməsi imkanının yaradılması;
- Təbii qaz hasilatı və satışı sahəsinin, o cümlədən hasilatçıların zərərlə fəaliyyətinin qarşısının alınması;
- İqtisadiyyatın ayrı-ayrı sektorlarında yeni tariflərlə əlaqədar təbii qazın maya dəyərində xüsusi çəkisinin artımı 0,1-2,4% həcmində proqnozlaşdırlır.
Eyni zamanda, Tarif Şurasının iclasında elektrik enerjisinin tarif tənzimlənməsinə dair məsələyə baxılıb və müvafiq qərarlar qəbul edilib. Qərarda aşağıdakı məsələlər nəzərdə tutulub:
Əhali kateqoriyası üzrə mövcud olan tarif differensasiyası (300 kVts-dək və 300 kVts-dan çox) dəyişdirilərək yeni diferensasiya tətbiq edilir. Əhali üzrə tariflər istehlakı 200 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts, 200 kVts - 300 kVts arası (300 kVts daxil olmaqla) 9 qəpik/kVts, 300 kVts-dan yuxarı isə 13 qəpik/kVts müəyyənləşdirilir;
Qeyri-əhali üzrə büdcə təşkilatları, ticarət, xidmət sahələri və sənaye üzrə elektrik enerjisinin qiyməti 9 qəpik/kVts-dan 10 qəpik/kVts-a artırılır;
Elektrik enerjisinin enerji təchizatı müəssisəsinə topdansatış tarifi 0,9 qəpik artırılaraq 1 kilovat/saat (kVts) üçün 6,6 qəpik səviyyəsində müəyyənləşdirilir, gecə-gündüz tarifi yalnız almüminium sənayesinə tətbiq olunmaqla ortalama tarif 4,55 qəpik/kVts-dan 5,0 qəpik/kVts-a artırılır;
Bu vaxta qədər gecə-gündüz tarifi tətbiq olunan kimya sənayesi qeyri-əhali istehlakçı qrupuna aid edilir;
Enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinə elektrik enerjisi müqavilə qiyməti ilə verilir.
№ |
Göstəricilər |
Mövcud tarif |
Yeni tarif |
Tariflər (qəpik/kVts, ƏDV ilə) |
|||
1. |
"Azərenerji" ASC üzrə topdansatış tarifi |
5,7 |
6,6 |
2. |
Alüminium sənayesi üzrə gecə-gündüz tarifi |
2,8-5,8 |
3,1-6,4 |
3. |
Kimya sənayesi |
4,55 |
Digər istehlakçı qrupuna aid edilir |
4. |
Əhali |
||
4.1. |
300 kVts-dək |
7 |
- |
4.2. |
300kVts-dan çox |
11 |
- |
4.3. |
200 kVts-dək (200 kVts daxil olmaqla) |
- |
8 |
4.4. |
200 kVts-dan - 300 kVts-dək (300 kVts daxil olmaqla) |
- |
9 |
4.5. |
300 kVts-dan çox |
- |
13 |
5. |
Qeyri-əhali |
||
5.1. |
Ticarət və xidmət |
9 |
11 |
5.2. |
Digər |
9 |
10 |
Bəs elektroenerjini qiyməti niyə dəyişdi?
"Azərenerji" ASC-yə verilən təbii qazın tariflərinin artırılması ilə əlaqədar elektrik enerjisinin topdan və pərakəndə tariflərinin yenidən tənzimlənməsi zərurəti yaranıb;
Elektrik enerjisinin topdansatış tarifinin artırılması nəticəsində "Azərişıq" ASC üzrə yaranan əlavə xərc bütün istehlakçılar (əhali, sənaye, nəqliyyat, kənd təsərrüfatı, ticarət və xidmət və s.) üzrə bölüşdürülməlidir.
Tarif dəyişikliyinin əhaliyə və iqtisadiyyata təsirlərinə gəldikdə isə, hazırda əhali üzrə tariflər aylıq istehlakı 300 kVts-dək olan hissə üzrə 7 qəpik, 300-dən yuxarı hissə üzrə isə 11 qəpik təşkil edir. Yeni diferensiasiya sosial cəhətdən aztəminatlı ailələr üçün güzəştli tarif siyasətini qoruyub saxlamış olur.
İstehlak səbətində bir nəfərin aylıq istehlakı 50 kVts və orta statistik ailə tərkibinin sayının 4 nəfər olduğu nəzərə alınaraq güzəştli tariflər aylıq istehlakın 200 kVts-na tətbiq ediləcək. Bu kateqoriya əhali abonentlərin 63%-ni təşkil edir.
Yeni tariflərin 4 nəfərdən ibarət bir ailənin elektrik enerjisi ödəmələri üzrə aylıq istehlak səbətinə təsiri 2,05 manat həddində proqnozlaşdırılır.
Elektrik enerjisi üzrə mövcud tariflər 01.12.2016-cı il tarixindən tətbiq olunur. Sektorda aparılan infrastruktur işlərinin genişləndirilməsi, əhalinin və digər abonentlərin keyfiyyətli, fasiləsiz enerji ilə təmin edilməsi zərurəti, habelə enerjinin istehsalı üçün istifadə edilən təbii qazın qiymətlərində mövcud dəyişiklik nəticəsində yaranan əlavə xərcləri qarşılamaq üçün enerjinin tarif tənzimlənməsi qaçılmaz addımdır. Azərbaycanın istilik elektrik stansiyalarında elektrik enerjisi istehsalı üçün istifadə olunan xammalın da 50%-dən çox hissəsini təbii qaz təşkil edir. Bu baxımdan təbii qazın tarif dəyişikliyi elektrik enerjisinin qiymət artımını şərtləndirir. Elektrik enerjisinin enerji təchizatı müəssisəsinə topdansatış tarifi 0,9 qəpik artırılaraq 6,6 qəpik müəyyənləşdirilib.
2021-ci ilin əvvəlindən etibarən sənaye və iaşə müəssisələrinin fəaliyyətini bərpa etməsi, habelə pandemiya ilə mübarizə çərçivəsində hökumət tərəfindən iqtisadi təşviq paketlərinin həyata keçirilməsi, iqtisadi aktivliyin gözləniləndən daha sürətli canlanmasına səbəb olub. Bu baxımdan elektrik enerjisinə tələbat artıb;
Qeyri-əhali istehlakçı qrupları üzrə tarif 1 qəpik artırılaraq 10 qəpik təsdiq edilib. Bu iqtisadiyyatın ayrı-ayrı sektorlarında müəyyən əlavə xərclərin yaranmasına səbəb ola bilər. Tarif Şurası tərəfindən tənzimlənən qiymətlər nəzarətdə saxlanacaqdır.
Tarif dəyişikliyi nəticəsində qaz və elektrik enerjisi istehsalı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığı tədricən azalacaq, büdcədə sərbəstləşən vəsait sosialyönümlü tədbirlərə yönəldiləcək.
Azərbaycanda alternativ enerji istehsalçıları üçün əlverişli imkanlar yaranır. Bu sektor inkişaf edərsə, təbii qaz sərfiyatı və təbii qaz əsaslı enerji istehlakı azala, iqtisadiyyatda yeni xidmət sahələri, inkişaf etdikcə daha da ucuzlaşa biləcək alternativ mənbələr yarana bilər.
Cədvəl 1. Region ölkələrində əhaliyə təbii qazın satış qiymətləri
№ |
Ölkələr |
Kub.m/AZN |
Orta əməkhaqqına düşən qaz həcmi, kub.m |
1000 kub.m qazın qiyməti, dollar |
Azərbaycan |
1-1200 kub.m - 0.1 1200-2500 kub.m - 0.2 2500+ kub.m - 0.25 |
7250 3625 2900 |
58.82 117.65 147.06 |
|
Türkiyə |
0.38 |
2455 |
215 |
|
Rusiya |
0.096 |
6846 |
89 |
|
Ukrayna |
0.69 |
1040 |
391 |
|
Gürcüstan |
0.29 |
2326 |
172.25 |
|
Qırğızıstan |
0.36 |
1250 |
211.8 |
Cədvəl 2. Avropa ölkələrində əhaliyə təbii qazın satış qiymətləri
№ |
Ölkələr |
Kub.m/AZN |
Orta əməkhaqqına düşən qaz həcmi, kub.m |
1000 kub.m qazın qiyməti, dollar |
Almaniya |
1.37 |
4132 |
783 |
|
Avstriya |
1.45 |
4022 |
829 |
|
Belçika |
1.09 |
4745 |
630 |
|
Bolqarıstan |
0.76 |
1834 |
440 |
|
Bosniya və Herseqovina |
0.76 |
1365 |
439 |
|
Böyük Britaniya |
1.07 |
6196 |
609 |
|
Macarıstan |
0.69 |
2437 |
398 |
|
Yunanıstan |
1.14 |
2450 |
654 |
|
Danimarka |
1.66 |
4096 |
945 |
|
İrlandiya |
1.54 |
4024 |
887 |
|
İspaniya |
1.97 |
1920 |
1124 |
|
İtaliya |
1.97 |
1924 |
1134 |
|
Latviya |
0.62 |
2679 |
354 |
|
Litva |
0.66 |
2873 |
373 |
|
Lüksemburq |
0.81 |
9058 |
463 |
|
Moldova |
0.54 |
1316 |
306 |
|
Hollandiya |
2.23 |
3113 |
1276 |
|
Norveç |
- |
- |
- |
|
Polşa |
0.92 |
1983 |
525 |
|
Portuqaliya |
1.73 |
1454 |
989 |
|
Rumıniya |
0.69 |
2124 |
399 |
|
Serbiya |
0.76 |
1434 |
438 |
|
Slovakiya |
1.07 |
1693 |
606 |
|
Sloveniya |
1.21 |
1981 |
694 |
|
Fransa |
1.66 |
2973 |
950 |
|
Xorvatiya |
0.83 |
2304 |
481 |
|
Çexiya |
1.28 |
1638 |
736 |
|
İsveç |
2.39 |
2550 |
1376 |
|
Estoniya |
0.90 |
2746 |
520 |
Milli.Az