İqtisadiyyat

Sentyabrın 6-dan Azərbaycana daha 13 ölkədən uçuşlara icazə verilir

3 Sentyabr 2021 20:50
Baxış: 2 272
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Baş nazir Əli Əsədov "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərara dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qərara əsasən, 2021-ci il 6 sentyabr tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir:

- Çin Xalq Respublikası;
- Estoniya Respublikası;
-.Finlandiya Respublikası;
- Fransa Respublikası;
- Honq-Konq (ÇXR);
- Xorvatiya Respublikası;
- İslandiya Respublikası;
- İtaliya Respublikası;
- Latviya Respublikası;
- Malayziya;
- Səudiyyə Ərəbistanı Krallığı;
- Yaponiya.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.