Oklahoma qubernatoru Zəngilanda - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-ın Oklahoma ştatının qubernatoru Con Kevin Stittin rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad edilmiş Zəngilan rayonuna səfər edib. Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə baş tutan səfər zamanı qonaqlar "Ağıllı kənd" layihəsi çərçivəsində görülən işlərlə tanış olublar.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, rayonun Birinci Ağalı kəndində tikinti sahəsinə gedən ABŞ heyətinə "Ağıllı kənd" layihəsi ilə bağlı təqdimat keçirilib. Bildirilib ki, "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılır. Bu komponentlər yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı" və alternativ enerji sahələrini əhatə edir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. "Ağıllı kənd"də evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək.
Qubernatoru Stitt rəhbərlik etdiyi ştatda istehlak olunan enerjinin xeyli hissəsinin alternativ enerji mənbələri hesabına formalaşdığını deyib, "Ağıllı kənd" layihəsində alternativ enerji mənbələrindən istifadəni yüksək qiymətləndirib, görülən işlərlə yerində tanış olmaq imkanı qazandığına görə məmnun qaldığını bildirib.
Qeyd edək ki, Oklahoma ştatının nümayəndə heyəti Kənd Təsərrüfatı Nazirliyinin dəvəti ilə ölkəmizdə səfərdədir. Ştat qubernatoru Con Kevin Stittin rəhbərlik etdiyi heyətə ABŞ Milli Qvardiyasının general mayoru, ştatın general-adyutantı Maykl Tompson, briqada generalı Con Harrison və digər rəsmi şəxslər daxildir. Nümayəndə heyəti səfər çərçivəsində Bakıda çoxsaylı görüşlər keçirib, Hacıqabul, Qobustan və Zəngilan rayonlarına səfər edib. Sabah nümayəndə heyətinin Gəncə şəhərinə səfəri nəzərdə tutulub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan nefti 113 dolları keçdi
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Azərbaycan nefti yenidən bahalaşdı
-
Dünya bazarında neft yenidən bahalaşdı
-
Süni intellekt dəniz sığortasında zərərləri hadisədən əvvəl azalda bilər - Kirill Patırıkin
XƏBƏR LENTİ
-
Hakimləri təhqir edən Emil Binyətzadə cəzalandırıldı
-
Sultan Qasımova qarşı ağır ittiham - İşi məhkəməyə göndərildi - (Yenilənib)
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
“Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
-
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə dronlarla hücum edildi - Ölənlər var
-
Ayın 11-də şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
Tramp hər bir amerikalıya 5 min dollar ödəyəcək
-
Anar Mədətov oğlu ilə - (Foto)
-
Azərbaycanda haqsız rəqabətlə bağlı 37 subyekt araşdırılıb
-
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib - (Foto)
-
"Sabah"la matç öncəsi o da zədələndi
-
Şəkidəki “zipline”də əvvəllər də texniki problemlər olub - (Video)
-
Renat Dadaşov Ukrayna klubuna transfer olundu
-
“Vanlı Kara Haydar”ın arvadı da saxlanıldı
-
"AzInTelecom" media nümayəndələri üçün təlim keçirib - (Foto)
-
Türkiyədə xəstəxananın əməliyyat otağında siçanlar gəzir - (Video)
-
Mehmet Ali Erbilin infarkt keçirməsi ilə bağlı açıqlama
-
Nepalda ölənlərin sayı 1374-ə çatdı
-
Xocalıda ANAMA əməkdaşı minaya düşdü - (Yenilənib)
-
Argentina millisinin yeni kapitanı bəlli oldu
-
Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin yuxarı hədləri müəyyyənləşib
-
Xumar Qədimovanın səmimi görüntüləri diqqət çəkdi - (Video)
-
Azərbaycan vasitəsilə Ermənistana arpa və buğda göndərilib - (Yenilənib)
-
Rusiyada miqrantlarla bağlı mühüm yenilik





