İqtisadiyyat

Bakı-Aktau fider xəttinin sabit işi yük axınının artırılmasına kömək edir

2 İyul 2021 19:12
Baxış: 575
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktau-Bakı-Aktau fider xəttinin sabit və fasiləsiz işi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yük axınının artırılmasına kömək edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu" beynəlxalq assosiasiyası baş katibinin müavini Leyla Batırbekova "Zəngəzur dəhlizinin regionda nəqliyyat-kommunikasiya xətlərinə mümkün təsiri" adlı tədbir zamanı deyib.

O bildirib ki, 2021-ci ilin əvvəlindən Çin-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə 47 konteyner qatarı, əks istiqamətdə isə 4 qatar yola salınıb:

"Bu ilin ilk 5 ayı ərzində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə 9 647 TEU-konteyner yola salınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27 faiz çoxdur. Bundan başqa, Qazaxıstan ərazisindən keçməklə Çindən Türkiyə, İtaliya, Mərkəzi Asiya ölkələrinə və digər ölkələrə tranzit daşımaları artıb".

O əlavə edib ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzvləri və assosiasiya rəqəmsal dəhlizin yaradılması üzərində işləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.