Artıq "Bankkart" Türk Lirəsi valyutasında
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Azərbaycan və Türkiyə arasında bütün sahələr üzrə əməkdaşlıq möhkəmlənir. İstər ticarət, istər təhsil, istər sadəcə istirahət etmək məqsədi ilə vətəndaşlarımız Türkiyəyə səfər edir. Müxtəlif saytlar üzərindən alış-veriş edən vətəndaşlarımızın sayı da kifayət qədər yüksəkdir.
Mövcud tendensiyanı nəzərə alaraq, müştərilər üçün daha rahat və sərfəli ödəniş imkanının yaradılması məqsədi ilə Ziraat Bank Azərbaycan çoxdandır gözlənilən bir ilkə imza atmışdır. Belə ki, "Bankkart" artıq Türk Lirəsi valyutasında istifadəyə verildi! Kart hazırda VISA Klassik növündə müştərilərə təqdim edilir. Azərbaycanda ilk dəfə buraxılan, Türk Lirəsi valyutasında bu kart vasitəsi ilə ödəniş etdikdə, müştərilər bir çox üstünlüklər əldə edəcəklər:
- Vəsait xərcləndikdə ikiqat konvertasiya faizi tutulmur;
- Konvertasiya komissiyası yoxdur;
- Ziraat Bank Türkiyə ATMlərindən nağdlaşdırma komissiyası 0.5% (min. 10 TL) təşkil edir.
Qeyd edək ki, digər valyutada olan yerli bank kartları üzrə xaricdə nağdlaşdırma komissiyası minimum 1.5% təşkil edir. Müştərilər TL valyutasında ödənişlərini Bankkart vasitəsi ilə reallaşdırarkən əlavə konvertasiya əməliyyatlarının baş tutmaması səbəbi ilə komissiya müştəridən tutulmur və konvertasiya itkisi baş vermir. Həmçinin hazırda Ziraat Bank Azərbaycan Türk Lirəsi valyutası üzrə müştərilərə ən sərfəli məzənnə təklif edən banklardandır.
Kartın sifarişi üçün müştərilər şəxsiyyət vəsiqələri ilə bankın istənilən filialına yaxınlaşa bilərlər. Bankdan verilən məlumata əsəsən, yaxın günlərdə online sifariş imkanın yaradılması və kart istifadəçilərinə yeni imtiyazlarında da təqdim edilməsi gözlənilir.
"Ziraat Bank Azərbaycan" ASC Türkiyənin 157 illik tarixə malik Ziraat Maliyyə Qrupuna daxil olan Bank olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlər təklif edən "Ziraat Bank Azərbaycan" ASC-nin ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində ümumi 6 filialı mövcuddur.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Neft yenidən bahalaşdı
-
Bakıda studio mənzillər bahalaşır - Qiymətlər
-
Azərbaycan nefti 121 dolları keçdi
XƏBƏR LENTİ
-
Corcun Qubada toyu oldu - (Video)
-
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan (Videosu)
-
Ağcabədidə iki qardaşın ölümü ilə nəticələnən qəza baş verib - (Foto)
-
Elnarə Abdullayeva nənə olacaq - (Video)
-
Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var - (Video)
-
Müğənni Bakıda butulkanın içində konsert verdi - (Video)
-
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - (Foto)
-
Rusiyanın itkiləri yeniləndi
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır





