İqtisadiyyat

Bərpa olunan enerji mənbələri qazıntı yanacaqlarını bazardan çıxara biləcəkmi?

12 İyun 2021 17:58
Baxış: 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazıntı yanacaqları olmadan bir çox ölkələr inkişaf edə və sənayeləşə bilməzdi. Hazırda Çin və Hindistan kimi daha çox ölkə sürətli templə inkişaf edir və onların enerjiyə olan ehtiyacları getdikcə artır.

Məsələ ondadır ki, biz elektrik enerjisinin istehsalı, avtomobilərimizi işə salmaq və bir çox başqa məqsədlər üçün qazıntı yanacaq yandırdığımız zaman karbon yenidən atmosferə atılır və istixana effektinin yaranmasına səbəb olur. Karbon kimi "istixana qazları" Yerin ətrafında daha çox günəş enerjisini qəbul edən gözəgörünməz təbəqə yaradır. Bu da dünyada "qlobal istiləşmə" adlandırdığımız temperaturun yüksəlməsinə gətirib çıxarır.

Qazıntı yanacağı daha baha və çətin əldə olunmağa başladığına görə bərpa olunan enerji mənbələri texnologiyaların təkmilləşdirilməsi və təchizat istehsalının həcminin artırılması ilə ucuzlaşmağa başlayacaq.

2019-cu ildə bərpa olunan enerji mənbələrindən istehsal olunan enerjinin miqdarı artıb və bütün müşahidə müddəti ərzindəki ən yüksək göstəricisinə çatıb (3.2 ekzacoul). Bunun nəticəsində enerji balansında bərpa olunan enerji mənbələrinin payı 2018-ci ildə 4,5%-dən 5%-ə yüksəlib. Enerji mənbələrinə görə iqtisadi artıma ən böyük töhfəini külək enerjisi verib (1.4 ekzacoul), ondan sonra isə günəş enerjisi gəlir (1.2 ekzacoul). Elektrik enerjisinin digər bərpa olunan növləri (biokütlə və geotermal enerji) 0.3 ekzacoul artıb, eyni zamanda bioyanacağın istifadəsi 0.2 ekzacoul, və ya 1 milyon barel ekvivalentində artıb. Bərpa olunan enerji mənbələdindən istifadə, artım templərinin 2017 və 2018-ci illərlə (hər iki il üçün 1.2 ekzacoul) müqayisədə yüksək olmamasına (0.8 ekzacoul) baxmayaraq Çində digər ölkələrlə müqayisədə daha çox artıb. Günəş enerjisi Çinin iqtisadi artımını yarısını təmin edir, ondan sonra külək enerjisi gəlir (40 faizə yaxın). ABŞ (0.3 ekzacoul) və Yaponiya (0.2 ekzacoul) həcminə görə növbəti sıralarda yer alıb.

2020-ci ildə ilk dəfə Avropada bərpa olunan enerji mənbələrindən qazıntı yanacaq mənbələri ilə müqayisədə daha çox enerji istehsal olunub.

2020-ci ildə bərpa olunan enerji mənbələrindən enerji 38 faiz artıb, eyni zamanda qazıntı yanacaqlarından enerji isə 37 faiz azalıb. Bu da o deməkdir ki, Avropa İttifaqında təmiz enerji qaz və kömür kimi enerjiləri geridə qoyub.

Hidrogen dünya enerji balansında öz yerinə malikdir

"Wood Mackenzie" qeyd edir ki, keçən il dünyada dekarbonizasiya istiqamətlərində nəzərə çarpan dəyişiklik baş verib, bu isə sıfır karbon tullantısı olan texnologiyalar üçün son dərəcə müsbətdir. Çin, Yaponiya, Cənubi Koreya və Kanadanın "sıfırıncı səviyyə" məqsədinə çatmaq barədə bəyanatları, həmçinin ABŞ-ın Paris razılaşmasına yenidən qoşulması göstərir ki, siyasətin nəbzi hal-hazırda dayandırıla bilməyən qlobal istiləşməyə qarşı yönəlib.

Ekoloji bərpa haqqında Aİ-nın keçən il elan olunmuş paketi ekoloji təmiz hidrogen üçün 150 milyard dolların ayrılmasını nəzərdə tutur. Bu maliyyə öhdəliyi elektrolizer gücünün dəqiq hədəf göstəriciləri ilə müşayiət olunur. Bu göstəricilər 2020-2024-cü illər arasında 6 giqavatt, 2030-cu ildə ikinci mərhələdə 40 giqvatta qədər çatmalıdır.

Bunun birbaşa nəticəsi kimi, Avropa az karbonlu hidrogenin istehsalı üçün bütün boru kəmərlərinin 79 faizini təşkil etməklə aparıcı qüvvə hesab olunur. Lakin, 17 ölkənin (o cümlədən Yaponiya, Cənubi Koreya və Kanada) hidrogen strategiyası, yol xəritəsi və ya planı elan etməsini, həmçinin sıfır göstəricinin əldə olunması məqsədinə çatmanın aydın omasını nəzərə alsaq, demək olar ki, bu üstünlük müvəqqəti olacaq.

Pandemiya ilə əlaqədar olaraq 2020-ci ilin ikinci və üçüncü rübündə qeydə alınan azalmadan sonra azkarbonlu hidrogenə investisiyalar yenidən artmağa başlayıb. Ancaq 2021-ci ilin ilk rübündə hidrogen bazarına 4,5 milyard dollar investisiya olunub və 55 layihə elan edilib.

Qazıntı yanacağı əvəzinə bərpa olunan elektrik enerjisinin inkişafı

Neft elektrik enerjisi istehsalında rəqabəti sıxışdırıb çıxaran birinci qazıntı yanacağıdır, belə ki, üç əsas qazıntı yanacağı növü arasında ən yüksək qiymətə və dəyərə malikdir. Maye halında onu saxlamaq və daşımaq daha asandır. Saxlanması və istifadəsi daha rahat olan halında nisbətən yüksək enerji sıxlığına malikdir.

Hazırda xam neftin müxtəlif keyfiyyətdə yanacağa emal olunmasından sonra neft əsasən nəqliyyat sahəsində istifadə olunur.

Vacib müşahidə odur ki, yeni günəş və külək elektrik stansiyalarında bərpa olunan elektrik enerjisi xam neft enerjisindən bir vahid ucuzdur. Bu müqayisə göstərir ki, yağın bərpa olunan elektrik enerjisi ilə əvəz olunması labüddür. Nəticədə biz avtomobil sənayesində sürətli keçidi müşahidə edirik. Elektromobillərin sayı artır, ilk elektrik bərələr istifadə olunur, hətta bəzi kiçik təyyarələr də neft əsasında hazırlanmış yanacaq yerinə elektrikdən istifadə edir. İstilik sektorunda mazut çox zaman enerji səmərəli istilik nasoslarından istifadə olunmaqla elektrik enerjisi ilə əvəz olunur.

Dünyanın məhdud sayda qazıntı yanacağından asılılığını aradan qaldırmaq o zaman mümkün olacaq ki, bərpa olunan enerji mənbələri elektrik enerjisi istehsalı və digər məqsədlər üçün qazıntı yanacaqlarını əvəz edəcək. Bərpa olunan elektrik enerjisi ilə müxtəlif növ qazıntı yanacaqlarının müqayisəsi ikincinin əvəzlənməsinin uğurunu müəyyən edən yeganə amil deyil.

TREND

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.