İqtisadiyyat

Özəl mülkiyyəti olanların nəzərinə: Vergi ödəməlisiniz - VİDEO

26 Aprel 2021 11:39
Baxış: 1 879
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Özəl mülkiyyətə sahib olan vətəndaşlara əmlak vergisi ödəmələri barədə bələdiyyələr tərəfindən bildiriş göndərilir. Bu bildirişlər isə hər ay Mənzil Tikinti Kooperativlərinə (MTK) ödəniş edən vətəndaşların narazılığına səbəb olub.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı "ARB Xəbər"ə açıqlama verən ekspert Vüqar Tofiqli MTK-lara ödənilən ödənişlərin qanunsuz, əmlak vergisinin isə qanunla qəbul edilmiş norma olduğu olduğunu deyib.

"Özəl mülkiyyətə sahib olan vətəndaşlar qanunvericiliyə əsasən bələdiyyələrə olan əmlak vergisini ödəməlidirlər. MTK o səlahiyyəti müəyyən mənada qanunsuz olaraq mənimsəyib və həyata keçirib. Əslində sözügedən binalarda yaşayan sakinlər özləri "mənzil müştərək cəmiyyəti" yaratmalı və binanın idarəedilməsi həmin cəmiyyət tərəfindən həyata keçirilməlidir".

Daha ətraflı süjetdə:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.