İqtisadiyyat

Azərbaycan Rusiyadan avtomobil idxal edən ölkələrin ilk onluğunda yer alıb

20 Aprel 2021 14:44
Baxış: 1 100
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan ötən il Rusiyadan ən çox avtomobil idxal edən ölkələrin ilk onluğuna daxil olub.

Milli.Az APA-ya istinadən bildirir ki, idxal üzrə liderliyi Belarus və Qazaxıstan qoruyur. Bu ölkələrə müvafiq olaraq 34 608 və 23 466 avtomobil ixrac olunub. Üçüncü yerdə olan Özbəkistana isə 5 078 avtomobil tədarük edilib.

Ümumilikdə, ilk onluğa əsasən MDB ölkələri daxil olub - Azərbaycan, Ermənistan, Ukrayna, Türkmənistan və Qırğızıstan.

Bununla yanaşı, siyahıda həmçinin Vyetnam (1 135 avtomobil) və Almaniya (955 avtomobil) da yer alıb.

Bildirilir ki, ümumilikdə, ötən il Rusiya istehsalı olan avtomobillər 93 ölkəyə tədarük olunub. Ən kiçik tələb Küveyt, Efiopiya, Norveç və Çernoqoriyada qeydə alınıb. Bu ölkələrin hər birinə ötən il cəmi bir avtomobil tədarük edililb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.