İqtisadiyyat

Sahibkarlar lisenziya üçün Xaçmaz KOB evinə də müraciət edə bilərlər

30 Mart 2021 16:10
Baxış: 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektləri müxtəlif fəaliyyət sahələrinə İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziyalar üçün "Xaçmaz KOB evi"nə də müraciət edə bilərlər. Mart ayında "Xaçmaz KOB evi" vasitəsilə sahibkarlıq subyektinə bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı üçün lisenziya verilib.

KOBİA-dan Milli.Az-a bildirilib ki, həmçinin, mart ayında Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən bir sıra sahibkarlıq subyektlərindən müxtəlif fəaliyyət sahələrinə lisenziyaların verilməsi üçün "Xaçmaz KOB evi"nə müraciətlər daxil olub.

Qeyd edək ki, "Xaçmaz KOB evi"ndə 16 dövlət və özəl qurum tərəfindən sahibkarlıq subyektlərinə 200-dən çox dövlət-biznes (G2B) və zəruri biznes-biznes (B2B) xidmətləri göstərilir, o cümlədən İqtisadiyyat Nazirliyi tərəfindən lisenziyaların verilməsi həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.