Ölkəmizdə bu avtomobillər bahalaşacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gömrük Komitəsinin təklifi qəbul ediləcəyi təqdirdə ölkəmizdə olan istehsal tarixi 5 ildən artıq olan avtomobillərin dəyəri yüksələcək.
Bu barədə komitə sədri Səfər Mehdiyev məlumat verib.
Gent.az xəbər verir ki, S.Mehdiyev söyləyib ki, müzakirə mövzusu yeni nəqliyyat vasitələrinin gömrük rüsumlarının aşağı salınması və ya alternativ nəqliyyat vasitələrinin idxalına üstünlük verilməsidir. Komitə sədrinin sözlərinə görə burada söhbət istehsalı 5 ildən yuxarı olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməməsi və ya gətirilərsə belə, onlara olan vergi rüsumlarının artırılmasından gedir ki, köhnə avtomobillərin idxal ehtimalı az olsun.
Bu təkliflərin qəbul ediləcəyi təqdirdə Azərbaycanda avtomobil bazarında hansı dəyişikliklər baş verə bilər?
Milli.Az ölkə.az-a istinadən bildirir ki, Gömrük Komitəsinin sədrinin bildirdiyi kimi istehsal tarixindən 5 ildən çox keçən avtomobillərin idxalı qadağan edilərsə və ya onların idxalına tətbiq edilən rüsum və vergilər kəskin şəkildə artırılarsa, Azərbaycanda olan köhnə avtomobillərin dəyərində 15-20 faiz artım baş verəcək. Çünki avtomobil sahibi olmaq istəyənlərin imkanları orta hesabla 18-20 min manatlıq avtomobillərin alınmasına çatır. Bu imkanla xaricdən daha çox 2005-2012-ci ilə qədər olan avtomobilləri idxal etmək mümkündür. İstehsal tarixi 5 il və daha yeni olan, orta keyfiyyətli avtomobilləri idxal etmək üçün ən azı 30 min manat tələb olunur. Deməli, təklif edilən qaydalar qüvvəyə minərsə, idxal edilən avtomobillərin sayı kəskin azalacaq və avtomobil sahibi olmaq istəyənlərin çoxu daxili bazara yönələcək.
Daxili bazarda olan avtomobillərin böyük hissəsi köhnə avtomobillərdir. Minik avtomobillərinin təxminən 80 faizinin istehsal tarixi 10 ildən artıqdır. 2014-cü ildə bu göstərici 62 faiz idi. Altı il ərzində onların xüsusi çəkisi 18 faiz bəndi artıb. Belə davam edərsə, 2025-ci ildə istehsalından 10 il keçən avtomobillərin payı 90 faizə çatacaq.
İstehsal tarixi 5 il və daha az olan avtomobillərin payı isə 4,2 faizdir. 2014-cü ildə onların payı 17 faiz idi.
Dinamika göstərir ki, Azərbaycanın avtomobil parkının köhnəlməsi sürətlə gedir və xaricdən əsasən köhnə avtomobillər gətirilir.
Ölkəmizə idxal edilən avtomobillərə istehsal tarixinə görə məhdudiyyətin tətbiq edilməsi təcrübəsindən ilk dəfə 2014-cü ildə istifadə olunub. Həmin qərara əsasən istehsal tarixi 2005-ci ildən qabaq olan avtomobillər idxal edilə bilməz. Bu qərar qəbul ediləndə ölkəmizə idxal edilən avtomobillərdən ən köhnələri 9 ilin avtomobilləri idi. Hazırda isə ən köhnə avtomobillər 16 ilin avtomobilləridir.
Onu da əlavə edək ki, bu təklifin ortaya atılmasını zəruri edən əsas səbəb heç də ekoloji amillər deyil. Əsas səbəb xarici ticarət saldosunun kiçilməsi fonunda avtomobillərin idxalına çəkilən xərcin ildən-ilə artmasıdır. Avtomobil idxalına 2016-cı ildə 252 milyon dollar, 2017-ci ildə 422 milyon dollar xərcləndiyi halda, 2020-ci ildə 648 milyon dollar xərclənib. Bu dinamika avtomobil idxalına ildən-ilə daha çox vəsaitin xərcləndiyini göstərir.
Hökumətin bu təklifində əsas məqsədi xaricə valyuta axınının zəiflədilməsidir. Əgər artan dinamikanın qarşısı alınmasa, avtomobil idxalına çəkilən xərc 2012-2013-cü illərdə olduğu kimi 1 milyard dollar səviyyəsinə yüksələcək.
Həmin illərdə Azərbaycanın xarici ticarətində 12-14 milyard dollar profisit olduğundan bu qədər valyutanın xaricə çıxması ciddi problem sayılmırdı. Amma xarici ticarətdə profisit 2019-cu ildə 5,9 milyard dollar, 2020-ci ildə 3 milyard dollar olduğundan avtmobil idxalına bu qədər valyutanın xərclənməsinə seyrçi qalmaq düzgün deyil.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
ABŞ mayeləşdirilmiş təbii qazının Yunanıstan vasitəsilə Cənub-Şərqi Avropaya tədarükü TAP-ın rolunu genişləndirə bilər – səfir
-
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib - (Foto)
-
Azərbaycan nefti 113 dolları keçdi
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
XƏBƏR LENTİ
-
İş yerinizin toksik olduğunu anlamağın 4 yolu: Cavab tualətdə gizliymiş
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)





