İqtisadiyyat

Bitkoinin qiyməti ilk dəfə 45 min dolları ötüb

9 Fevral 2021 08:33
Baxış: 546
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bitkoinin qiyməti ticarət sessiyasında 15,77% bahalaşaraq (Bakı vaxtı ilə saat 02:49-da) 45 min dollara yüksəlib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "CoinDesk" portalında dərc olunub.

Belə olan halda, kriptovalyutanın dəyəri tarixi maksimumunu yeniləyib.

Bakı vaxtı ilə saat 02:52-yə olan məlumata görə, bitkoinin dəyəri 44 949 dollar (+15,64%) təşkil edib.

Bahalaşma "Tesla" şirkətinin bitkoin kriptovalyutasına 1,5 milyard dollar sərmayə yatırması barədə xəbərlərin fonunda baş verib. Şirkət yaxın gələcəkdə öz məhsullarının ödənişi üçün bitkoindən istifadə edəcəyini planlaşdırdığını açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.