İqtisadiyyat

“Ukrtransnafta” 138 min tona yaxın "Azeri Light" nefti nəql edib

26 Noyabr 2020 15:49
Baxış: 998
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ilin ilk 10 ayı ərzində Ukraynanın "Ukrtransnafta" şirkəti 13,2 milyon ton neft nəql edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz çoxdur.

Milli.Az bu barədə şirkətə istinadən məlumat verir.

Bu ilin yanvar-oktyabr aylarında Ukraynanın neft emalı zavodları üçün nəql olunan həcmi 2,2 milyon ton (2019-cu ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz çox), neft tranziti isə 11,1 milyon ton (2019-cu ilin eyni dövrü ilə müqayisədə 4 faiz çox) təşkil edib.

2020-ci ilin oktyabrında neft nəqlinin ümumi həcmi ötən ilin oktyabrı ilə müqayisədə 3,5 faiz azalaraq 1,4 milyon tona bərabər olub:

"Ukrayna ərazisində boru kəməri ilə neft tranziti 7,3 faiz azalaraq 1,2 milyon ton təşkil edib. Eyni zamanda Ukrayna neft emalı zavodları üçün nəql olunan həcmi 19 faiz artıb və 250,8 min tona çatıb. Bunun 137,5 min tonu "Azeri Light" markalı Azərbaycan nefti olub".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.