İqtisadiyyat

Daha çox hansı ölkələrə məhsul ixrac edirik?

17 Sentyabr 2020 20:59
Baxış: 715
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanın məhsul ixrac etdiyi və idxal etdiyi əsas ölkələr məlum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hesabat dövründə ixracın 32,1 faizini İtaliyaya, 18,7 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, 4,1 faizini Çinə, 4,0 faizini Hindistana, 3,9 faizini İsrailə, 3,7 faizini Xorvatiyaya, 3,4 faizini Yunanıstana, 3,1 faizini Gürcüstana, 3,0 faizini Ukraynaya, 2,5 faizini İspaniyaya, 2,1 faizini Çexiyaya, 1,9 faizini Tunisə, 1,5 faizini Vyetnama, 11,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (40,4 faiz), Türkiyəyə (19,8 faiz), İsveçrəyə (10,4 faiz), Gürcüstana (8,1 faiz), Çinə (3,1 faiz), Ukraynaya (2,4 faiz), İtaliyaya (2,0 faiz), Qazaxıstana (1,6 faiz), İrana (1,2 faiz), Türkmənistana (1,0 faiz), Belarusa (0,9 faiz), ABŞ-a (0,9 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,4 faizi Rusiya, 14,7 faizi Türkiyə, 13,2 faizi Çin, 7,9 faizi ABŞ, 5,1 faizi Almaniya, hər biri 4,2 faiz olmaqla İtaliya və Ukrayna, 3,0 faizi Birləşmiş Krallıq, 2,7 faizi İran, 1,9 faizi Yaponiya, hər biri 1,8 faiz olmaqla Koreya və Fransa, 21,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.