Azərbaycanda özəl sektorun diaqnostikasının hazırlanması müzakirə olunub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycanda özəl sektorun diaqnostikasının hazırlanması" mövzusunda onlayn görüş keçirilib.
Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, görüşdə Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Dünya Bankı və Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyasının hava daşımaları, logistika, gömrük məsələləri üzrə ekspertləri, eləcə də Komitənin aidiyyəti struktur bölmələrinin nümayəndələri iştirak edib.
Tədbirin məqsədi ticarətin asanlaşdırılması və sərhəd idarəçiliyi prosesində gömrük orqanlarının həyata keçirdiyi islahatlar, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə və onun özəl sektora təsirlərinin minimallaşdırılması, o cümlədən biznesin inkişafı məsələlərinin müzakirəsindən ibarət olub.
Görüşdə DGK sədrinin müavini Cavad Qasımov bildirib ki, Dövlət Gömrük Komitəsi ilə Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası arasında sıx əməkdaşlıq münasibətləri var. Bu münasibətlər yüksələn xətlə inkişaf etməkdədir. Qeyd olunub ki, gələcəkdə gömrük rəsmiləşdirilməsi və səlahiyyətli iqtisadi operator sahəsində, ümumilikdə ticarətin inkişafına təsir edəcək birgə layihələrin həyata keçirilməsi planlaşdırılır.
Cavad Qasımov koronavirus pandemiyasının sürətlə yayılmasının qarşısının alınması və fəsadların aradan qaldırılması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində gömrük xidmətinin gördüyü işlər barədə də məlumat verib. Bildirilib ki, pandemiya ilə bağlı sualların cavablandırılması üçün Dövlət Gömrük Komitəsinin Çağrı Mərkəzində "Qaynar xətt"in fasiləsiz iş rejimində fəaliyyəti təşkil edilib. Koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün nəzərdə tutulan malların gömrük-sərhəd buraxılış məntəqələrindən prioritet qaydada keçidi təmin olunur və ölkə ərazisindən həyata keçirilən beynəlxalq yük daşımalarına, o cümlədən idxal və tranzit əməliyyatlarına hər hansı məhdudiyyət qoyulmur.
Dövlət Gömrük Komitəsinin layihələrindən də söhbət açan Cavad Qasımov informasiya texnologiyalarının tətbiqi, logistikanın inkişafı, "Yaşıl dəhliz" buraxılış sistemi, elektron xidmətlər və digər yeniliklərlə bağlı məlumat verib. Hazırda gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi prosesinin tam avtomatlaşdırıldığı, gömrük bəyannamələrinin təqdim edilməsi, gömrük ödənişlərinin həyata keçirilməsi, gömrük orqanlarına müraciətlərin izlənilməsi kimi xüsusi əhəmiyyəti olan xidmətlərin tam kağızsız texnologiyalar əsasında qurulduğu diqqətə çatdırılıb.
Görüşdə Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiqi və Ticarətin Asanlaşdırılması Mərkəzinin fəaliyyəti barədə də məlumat verilib.
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının ekspertləri iclasın məhsuldar keçməsinə şərait yaratdığı üçün Dövlət Gömrük Komitəsinə təşəkkürlərini bildirib, logistika və müasir metodların tətbiqi sahəsində ciddi irəliləyişlər əldə edəcəklərinə ümidvar olduqlarını qeyd ediblər.
Bildirilib ki, 2020-ci ilin yanvarından iqtisadiyyatda, xüsusilə özəl sektorda mövcud olan məhdudiyyətləri və artım imkanlarını qiymətləndirmək, həmçinin bu sahəyə investisiya axınını sürətləndirmək məqsədilə konkret tövsiyələr və fəaliyyətlərə dair təhlil aparılır. Bu istiqamətdə Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının böyük bir heyəti Azərbaycan hökuməti, özəl sektor nümayəndələri və digər maraqlı tərəflərlə görüşlər keçirib, prosesin ilkin mərhələsində toplanmış məlumatlar ən cəlbedici sektorları seçməyə, onların ilkin qiymətləndirilməsini həyata keçirməyə imkan yaradıb.
Daha sonra Dövlət Gömrük Komitəsinin rəsmiləri ekspertlərin suallarını cavablandırıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
XƏBƏR LENTİ
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi





