İqtisadiyyat

İsveçrə energetika sahəsində Azərbaycanla əlaqələrin möhkəmləndirilməsində potensial görür

12 Sentyabr 2020 08:12
Baxış: 1 024
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsveçrə energetika sahəsində Azərbaycanla əlaqələrin möhkəmləndirilməsində potensial görür.

Milli.Az bildirir ki, bunu Trend-ə İsveçrənin İqtisadi Əlaqələr üzrə Dövlət Katibliyindən (SECO) deyiblər.

Qeyd olunub ki, bu, əsasən enerji səmərəliliyi və bərpa olunan enerji mənbələrinə aiddir:

"Biz, həmçinin "Cənub Qaz Dəhlizi"ni dəstəkləyirik, çünki bu layihə Avropanın enerji təhlükəsizliyinə və enerji tədarükünün şaxələndirilməsinə xidmət edir. İsveçrənin AXPO şirkəti "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan TAP layihəsində paya sahibdir".

Qurumdan bildiriblər ki, İsveçrədə innovativ enerji texnologiyaları tədarükçüləri çoxdur:

"İsveçrədə və digər ölkələrdə enerji dəyişikliyinin geniş vüsət alması ilə bu şirkətlər cəlbedici investisiya şərtləri təqdim edən bazarlarda artan imkanları görür. Azərbaycan və İsveçrə şirkətləri arasında konkret əməkdaşlıq layihələrinin inkişafı bu şirkətlərin qarşılıqlı maraqlarından asılıdır".

Əlavə olunub ki, əlverişli coğrafi mövqeyi sayəsində Azərbaycan nəqliyyat sahəsində, xüsusilə yeni Ələt Azad İqtisadi Zonası çərçivəsində xarici investorlara imkanlar təqdim edir:

"Ümumilikdə, Azərbaycan və İsveçrə şirkətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq şirkətlərin qarşılıqlı maraqlarından asılıdır. Nümunə qismində "Stadler Rail" və "Azərbaycan Dəmir Yolları" QSC arasında məhsuldar əməkdaşlığı göstərmək olar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.