İqtisadiyyat

Heyvandarlığın yem bazasının genişləndirilməsi üçün yonca sahələri artırılır

9 Sentyabr 2020 23:10
Baxış: 961
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bölgələrdə yonca əkini sahələri ilbəil genişləndirilir.

Kənd Təsərrüfatı Nazirliyindən Milli.Az-a verilən məlumatda bildirilir ki, bu il təkcə Biləsuvarda yonca sahəsi 10 min hektara yaxın artırılıb. Bu baxımdan bir çox rayonda toxumçuluq təsərrüfatlarında toxumluq yonca istehsalına ciddi zərurət yaranıb.

Ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında heyvandarlığın inkişafının mühüm rolu var. Bunun üçün müasir yem bazasının formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda əsasən əvəzsiz yem bitkisi olan yoncanın "AZNİXİ-5", "262", "Abşeron", "Aran", "Agstafa-1" sortları rayonlaşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.