İqtisadiyyat

Neftimiz 5 faiz bahalaşdı

24 Oktyabr 2025 09:39
Baxış: 359
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İtaliyanın Auqusta limanında "Azeri Light" markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,3 ABŞ dolları və ya 5,2% faiz artaraq bir barel üçün 66,75 ABŞ dolları təşkil edib.

Milli.Az xəbər verir ki, bu barədə neft bazarındakı mənbələr məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında "Azeri Light" markalı neftin FOB bazasında bir barelinin qiyməti 3,3 dollar və ya 5,36 faiz bahalaşaraq 64,81 dollar olub.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,32 dollar və ya 6,59 faiz artaraq bir barel üçün 53,72 dollara çatıb.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 3,32 dollar və ya 5,34 faiz artaraq bir barel üçün 65,53 dollar təşkil edib.

Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.