İqtisadiyyat

Xarici vətəndaşların Azərbaycanda bank kartları vasitəsilə xərclədiyi pulun məbləği açıqlanıb

31 Avqust 2020 18:49
Baxış: 901
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin iyul ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə xərclədiyi vəsaitin həcmi açıqlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"ında qeyd olunur ki, 2020-ci ilin yanvar-iyul ayında əcnəbilər tərəfindən bank kartları vasitəsi ilə 302,7 milyon manatlıq əməliyyat aparılıb.

Bildirilir ki, koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranan vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə azalma müşahidə olunur. Bunun nəticəsində 2020-ci ilin iyul ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 23 milyon manat təşkil edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.