İqtisadiyyat

Bakıda bu obyektlərin qiyməti bahalaşıb

27 Avqust 2020 20:57
Baxış: 3 328
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda ötən ay ərzində kommersiya obyektlərinin qiymətində bahalaşma qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimovun dediyinə görə, iyul ayı ərzində kommersiya obyektlərinin satış bazarında 1 kvadrat metrin qiyməti 2803 manatdan 3063 manata qədər bahalaşıb və artım 9.28 faiz təşkil edib. Əsas artım xidmət sahələrində, ofis sahələrində baş verib.

Ekspertin sözlərinə görə, obyektlərin icarə qiyməti isə ucuzlaşıb. Bir obyektin orta kirayə qiyməti 3273 manatdan 3097 manata qədər azalıb və azalma 5.38 faiz təşkil edib.

Ümumi daşınmaz əmlak bazarında 2.87 faiz azalma qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.