İqtisadiyyat

Fərhad Əhmədovun şirkəti BAĞLANDI, zavodun əmlakına həbs qoyuldu

11 Noyabr 2025 15:48
Baxış: 464
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan əsilli iş adamı Fərhad Əhmədova məxsus, atası Teymur Əhmədovun adını daşıyan "Aznar" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti dayandırılıb.

Milli.Az xəbər verir ki, bu haqda "Unikal"a QSC-dən bildirilib. Qeyd olunub ki, 2025-ci il 16 oktyabr tarixindən etibarən Göyçay Rayon Məhkəməsi və İcra Şöbəsi müəssisənin istehsalat fəaliyyəti dayandırılıb, zavodun əmlakı üzərinə həbs qoyulub.

Qeyd edilib ki, sözügedən tədbirlər "QARAÇAY" Fermer Şirkəti ilə "KƏND" MMC arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli bir neçə podrat müqaviləsindən (QAR-70-1/12-2019, QAR-70-2/12-2019 və s.) irəli gələn mülki-hüquqi mübahisə ilə bağlı görülüb.

Həmçinin bildirilib ki, "AZNAR" QSC-nin bağlanması nəticəsində müəssisəyə  5 875 200 AZN məbləğində potensial iqtisadi itki yaranıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.