İqtisadiyyat

Bu il Azərbaycanda istehsal edilən avtomobillərin sayı açıqlandı

18 Avqust 2020 12:07
Baxış: 1 502
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 183,1 milyon manatlıq məhsul istehsal edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 92,5 faiz, maşın və avadanlıqların istehsalı 64,9 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 57,7 faiz artıb.

Yanvar-iyul aylarında 1074 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 230 ədəd az minik avtomobili istehsal olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.