İqtisadiyyat

Dövlət Vergi Xidməti: "İctimai iaşə obyektləri müəyyən qaydalar çərçivəsində işləyəcək"

15 Avqust 2020 13:20
Baxış: 1 402
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İctimai iaşə obyektlərində açılmalar müəyyən qaydalar çərçivəsində həyata keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib:

Onun sözlərinə görə, müəyyən saat çərçivəsində iaşə obyektlərinin işinə icazə veriləcək: "Həmçinin sahibkarların üzərinə vəzifə qoyulur ki, içəri daxil olan müştərinin maskalardan istifadəsinə nəzarət etsin, olmadıqda onu təmin etsin. Həmçinin içəridə olan işçilər də maskadan istifadə etməlidir. Qaydalarda göstərilən tələblərin pozulmasına görə inzibati cərimələr tətbiq olunacaq. Bunda başqa, oturacaqlar arasında iki metr məsafəni təmin etmək lazımdır, bir masa arxasında isə 6 nəfərdən çox şəxs otura bilməz. Obyektlərə girişdə və kassa yaxınlığında dezinfeksiya vasitələri olmalıdır".

O əlavə edib ki, müəyyən fəaliyyət sahələrinin işinə, ümumiyyətlə, icazə verilmir və qadağan olunmuş fəaliyyət həyata keçirən təsərrüfat subyektlərinə qarşı qanunla müəyyən olunmuş cəzalar həyata keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.