İqtisadiyyat

Fəaliyyətinə icazə verilmiş sahələrdə yoluxmalara görə məsuliyyət sahibkarların üzərinə düşəcək” - Baş Nazir

8 Avqust 2020 19:37
Baxış: 2 114
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qəbul olunmuş qaydalara əməl olunmasına əsas məsuliyyət daşıyan orqanlar kimi şəhər və rayon İcra hakimiyyətləri, hüquq-mühafizə orqanları-Prokurorluq, DİN, DTX, səhiyyə strukturları və fəaliyyətinə icazə verilmiş sahələrdəki sahibkarlardır. Fəaliyyətinə icazə verilmiş sahələrdə yoluxmalara görə məsuliyyət tam olaraq sahibkarların üzərinə düşəcək".

Milli.Az bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi ilə əlaqədar keçirilən respublika videomüşavirəsində Baş Nazir Əli Əsədov deyib.

O qeyd edib ki, şəhər və rayonlarda yoluxma hallarının artması tendensiyası müşahidə olunduğu təqdirdə şəhər və rayon rəhbərliyi əlaqələndirici qurum olaraq nəzarət mexanizmlərini daha da gücləndirməlidir: "Proses dövlət başçısı tərəfindən nəzarətdə saxlanılır. Hökumət vəziyyətə dair mütəmadi olaraq Prezidentə məruzə edəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.