İqtisadiyyat

Rəqəmsallaşma davam etdirilsə, dövlət sahibkarlara dəstək mexanizmi həyata keçirə bilər - Rövşən Nəcəf

8 Avqust 2020 12:39
Baxış: 1 205
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rəqəmsal iqtisadiyyat, rəqəmsallaşma davam etdirilsə, dövlət tərəfindən sahibkarlara dəstək mexanizmi həyata keçirilə bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf bildirib.

Onun sözlərinə görə, son dövrlər rəqəmsal platfotmalardan istifadə etməklə uzaq məsafədən xidmətlərin göstərilməsində yüksək tendensiya müşahidə olunur:

"Rəqəmsal iqtisadiyyat və rəqəmsallaşma davam etdirilsə, sahibkarlar tərəfindən bu istiqamətdə tədbirlər görülsə, bu onların orta və uzun müddətdə əmək qabiliyyətinə müsbət təsir göstərmiş olacaq. Hökumət də öz tərəfindən rəqəmsal infrastrukturun inkişaf etdirilməsi, rəqəmsallaşma sahəsində sahibkarlara öz dəstəyini göstərmiş olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.