İqtisadiyyat

Azərbaycanda pandemiya dövründə kompüter istehsalı artıb

16 İyun 2020 19:24
Baxış: 1 052
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin yanvar-may aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 79,1 milyon manatlıq məhsul istehsal olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 94,6 faiz, elektrik avadanlıqlarının istehsalı isə 26,5 faiz artıb.

Dövr ərzində əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 10,6 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı isə 3,6 dəfə artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.