İqtisadiyyat

Equinor və SOCAR yeni "Qarabağ" yatağının işlənmə cədvəlini müzakirə edirlər

11 İyun 2020 10:34
Baxış: 2 806
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Norveçin "Equinor" və Azərbaycan Dövlət Neft Şirkəti bu yaxınlarda kəşf olunmuş "Qarabağ" yatağının işlənməsi layihəsinin cədvəlini müzakirə edirlər.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "Equinor"dan xəbər verilib.

Məlumatda deyilir: "Neft ehtiyatlarının bu kəşfi bizi ruhlandırıb. "KPS-4" quyusunun qazılması nəticələri proqnozlarımızı təsdiqlədi. İnvestisiya qərarı verilməyincə, yatağın işlənməsi layihəsini inkişaf etdirməyə davam etmək niyyətindəyik"

Qeyd edilib ki, SOCAR-la birlikdə qiymətləndirmə quyusunun qazılması nəticələri əsasında sahədəki obyektlərin layihələndirilməsinin optimallaşdırılması planlaşdırılır:

"Tərəfdaş SOCAR-la ətraflı layihə cədvəli müzakirə olunur. Qiymətləndirmənin nəticələrini gələcək planlaşdırma üçün əsas kimi istifadə edəcəyik".

Qeyd edək ki, SOCAR və "Equinor" Bakıdan 120 kilometr aralıda Xəzərin Azərbaycan sektorunda "Qarabağ" neft-qaz yatağının kəşfi faktını təsdiqləyiblər.

Məlumata görə, yataqda ilk qiymətləndirmə quyusunun qazılması 23 dekabr 2019-cu ildə başlayıb. Yataq 180 metr dərinlikdə "Dədə Qorqud" üzən qurğusu tərəfindən qazılıb. Sahənin məhsuldar təbəqələri 3,4 kilometr dərinlikdə yerləşir. İlkin hesablamalara görə, yataqda tapılan neft və qazın həcmi onun iqtisadi cəhətdən səmərəli inkişafı üçün kifayətdir. Sahənin ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon tondan çox neft təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.