İqtisadiyyat

"OPEC+ ölkələri 2020-ci ilin sonunadək ehtiyatı əldən buraxmamalıdır" - Fransalı ekspert

10 İyun 2020 11:05
0 Şərh     Baxış: 1 364
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

OPEC+ ölkələri apreldən etibarən kifayət qədər yaxşı işlər görüb, amma onlar ehtiyatı ən azı bu ilin sonuna qədər, bəlkə də 2021-ci ildə də əldən buraxmamalıdır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə fransalı ekspert Fransis Perren deyib.

O bildirib ki, "Brent" markalı neftin qiyməti apreldə qeydə alınan 18 dollardan bu gün 42 dollaradək qalxıb:

"Bu tendensiya onu göstərir ki, OPEK+ sazişi effektivdir".

F.Perren qeyd edib ki, mayın 1-dən başlayan hasilatın azaldılması dünya neft bazarının balanslaşdırılmasına xidmət edir:

"Dünyada koronavirusla bağlı məhdudiyyətlərin qaldırılması və ya yumşaldılması tələbatı artırmağa imkan verəcək. Yanvar ayından aprelədək qeydə alınan ucuzlaşmadan sonrakı qiymət artımı iki amillə bağlı olub: az təklif və artan tələbat. OPEC+ ölkələrinin son iclası neft hasilatçıları tərəfindən neft bazarında balansın bərpa olunması üçün atılan addımlardan biridir".

Ekspert xatırladıb ki, OPEC+ ölkələrinin proqnozlarına əsasən, 2020-ci ildə neftə tələbat 9 milyon barel/sutka azalacaq. O hesab edir ki, 2020-ci ilin sonunadək daha çox iş görmək lazım olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.