İqtisadiyyat

BP 10 min əməkdaşını ixtisar edəcək

8 İyun 2020 21:09
Baxış: 1 406
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın BP neft şirkəti koronavirus pandemiyasının iqtisadi fəsadları və bərpa olunan enerji mənbələri ilə işə mərhələli keçidilə əlaqədar olaraq bütün dünyada 10 min əməkdaşı ixtisar edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə şirkətin icraçı direktoru Bernard Luninin əməkdaşlara ünvanladığı məktubda deyilir.

Qeyd olunur ki, ümumilikdə şirkətin əməkdaşlarının 15 faizi ixtisara düşəcək. Onların böyük əksəriyyəti bu il ərzində işdən azad ediləcək.

BP korporasiyasının dünyada 70 minə yaxın əməkdaşı var. İxtisar əsasən ofis işçilərinə şamil olunacaq, hasilat prosesində çalışanlar iş yerlərini itirməyəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.