MEDEF: Azərbaycan və Fransa şirkətlərinin 4 sektorda əməkdaşlıq üçün real imkanları var
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan və Fransa şirkətlərinin 4 sektorda əməkdaşlıq üçün real imkanları var.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "MEDEF İnternational" - Fransa Müəssisələr Hərəkatının Avrasiya, Asiya Sakit Okean regionu və energetika üzrə direktoru Boqdan Qaden-Feerçak deyib.
"Azərbaycan hakimiyyəti iqtisadiyyatın şaxələndirilməsi üçün iddialı proqram həyata keçirir və islahatların sürətləndirilməsinə sadiqdir. Dünya Bankının "Doing Business" hesabatına görə, 2019-cu ildə Azərbaycan islahatçı ölkələrin ilk onluğuna daxil oldu. Mənim firkrimcə, bu iki müsbət tendensiya ən azı dörd sektorda: kənd təsərrüfatında yeni texnologiyaların tətbiqi ilə məhsuldarlığı artırmaq, post-neft dövründə "yaşıl energetikaya" keçid üzərində işləmək üçün real imkanlar açır, həmçinin bələdiyyə infrastrukturunun modernləşdirilməsi və resurslardan səmərəli istifadə, nəqliyyat və logistika, rəqəmsal texnologiyaların tətbiqi ilə müşayiət olunur", - Qaden-Feerçak bildirib.
O xatırladıb ki, ötən il Azərbaycanın dövlət qurumlarının nümayəndələri ilə Bakıda keçirilən görüşlərdə, eləcə də Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovla son vebmüzakirələrdə fransız şirkətləri ilə bağlı layihələrdə uzunmüddətli yanaşma, potensialın gücləndirilməsi, bilik və texnologiya mübadiləsi kimi amillərin nəzərə alınacağı vurğulanıb.
"Bu, şübhəsiz ki, Fransa və Azərbaycan şirkətləri arasında əlaqələri keyfiyyətcə yaxşılaşdıra və möhkəmləndirə biləcək vacib bir cəhətdir", - Qaden-Feerçak əlavə edib.
O, "MEDEF International" 1992-ci ildən etibarən Azərbaycanda Fransa-Azərbaycan Biznes Şurası çərçivəsində aktiv fəaliyyətdədir. Şuranın Azərbaycanın yüksəksəviyyəli şəxsləri ilə mütəmadi görüşləri və nümayəndə heyətinin Bakıya işgüzar səfəri şuranı Fransa ilə Azərbaycan arasında işgüzar münasibətlərin qurulmasında mühüm mövqeyə gətirib:
"Şura Azərbaycanda artıq mövcud olan və ya bu bazarda öz bizneslərini inkişaf etdirməkdə maraqlı olan müxtəlif sektorlarda fəaliyyət göstərən fransız şirkətlərini birləşdirir. Azərbaycan hökumətinin iqtisadi şaxələndirmə ilə bağlı müraciətinə cavab olaraq "MEDEF İnternational" Fransa şirkətlərinin Azərbaycanda neft və qaz sənayesindən kənarda səylərini inkişaf etdirmək üçün səylərini artırdı. Fransada və Bakıdakı nümayəndəlikdə müntəzəm işgüzar görüşlər təşkil etməklə "MEDEF İnternational" son iki onillikdə qarşılıqlı maraq və etimada əsaslanan uzunmüddətli əlaqələr qurdu".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sənə ayıb olsun!
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlandı
-
Lənkəranda 75 500 manatlıq oğurluq - Saxlanılanlar var
-
Azərbaycanda bu futbol klubu ləğv edildi
-
Dənizdə batan tələbələrin fotosu
-
Yer kürəsində maqnit fırtınası olacaq - Tarix açıqlandı
-
Metronun 2 stansiyasında giriş ödənişsiz olacaq - Şad xəbər
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
-
Ukraynada neft-qaz müəssisəsi tamamilə dağıldı
-
Göyçayda “Mercedes” motosikletlə toqquşdu - (Video)
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Foto)
-
Lavrovdan Quterreşlə bağlı gözlənilməz açıqlama
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Qazaxda xəstəxanada yanğın baş verdi
-
Göyərtəsində məşhur müğənninin olduğu təyyarə yoxa çıxdı
-
Toni Kroos: "Arda 11-də oynamalıdır"
-
"Fənərbaxça" formasını geyinib Nur dağına getdi
-
Zaur Baxşəliyev gənclik sirrini açıqladı - (Video)
-
Tanınmış 30 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Rusiya bu bölgələrdə komendant saatı tətbiq etdi
-
“Fənərbağça” ilə oyuna rekord sayda bilet satıldı
-
Azərbaycanda mal əti bahalaşdı
-
Tural Məmmədov işdən çıxdı





